Çinin İlon Maska qarşı YENİ SİLAHI “Starlink”lər sıradan çıxarılacaq
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin Milli Müdafiə Texnologiyaları Universitetinin tədqiqatçıları orbitdəki peykləri, xüsusilə də İlon Maskın “Starlink” şəbəkəsini sıradan çıxarmağa qadir olan yeni nəsil yüksək güclü mikrodalğalı silah sistemini təqdim ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, bir neçə impulslu mikrodalğalı şüalandırıcıdan ibarət olan bu unikal sistem kosmosa yönəldilmiş 100 giqavata qədər gücə malik istiqamətləndirilmiş impulslar yaratmaq qabiliyyətinə malikdir.
Mütəxəssislər qeyd edirlər ki, hətta 1 giqavat gücündə olan impuls belə Yerin aşağı orbitində (LEO) yerləşən kosmik aparatların daxili elektron avadanlıqlarını tamamilə sıradan çıxarmaq üçün kifayətdir.
İlk prototiplər artıq ordunun istifadəsindədir
Çinli alimlər bildiriblər ki, yeni kosmik müdafiə silahının ilk işlək prototipləri artıq uğurla hazırlanıb. Hətta sistemin səmərəliliyini və real döyüş imkanlarını yoxlamaq məqsədilə silahlar poliqon sınaqlarının keçirilməsi üçün Çin Xalq Azadlıq Ordusunun (XAO) xüsusi bölmələrinə təhvil verilib.
Pekin "Starlink" qruplaşmasını öz milli təhlükəsizliyinə potensial təhdid kimi görür, çünki bu peyklər hərbi münaqişələr zamanı ABŞ və müttəfiqlərinə yüksəksürətli və kəsilməz rabitə, həmçinin kəşfiyyat məlumatları təmin etmək gücündədir. Çinin bu addımı kosmosun hərbiləşdirilməsi mərhələsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 İyul 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















