Çinin insanabənzər robot istehsalı 100 mini ötəcək
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin insanabənzər robot istehsalının bu il 100 min ədədi keçəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin departament direktorunun müavini Qen Siaobin Dünya Süni İntellekt Konfransı (WAIC) ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.
O, Çinin inkişaf edən süni intellekt tətbiqlərinin və ekosisteminin robot sənayesinin irəliləməsinə güc verdiyini və ölkənin yüksək keyfiyyətli inkişafı üçün təkan yaratdığını deyib.
Nazirlik rəsmisi Çinin sənaye müəssisələri arasında süni intellekt tətbiqlərinin nüfuzetmə nisbətinin müəyyən olunmuş 30 faizlik həddi keçdiyini, Milli Süni İntellekt Sənayesi İnvestisiya Fondunun sektora daha çox sosial kapital yönəltmək üçün fəaliyyətini gücləndirdiyini bildirib.
Çinin insanabənzər robot sahəsindəki yeniliklərin bir çoxu iyulun 17-20-də Şanxayda keçiriləcək WAIC sərgisində nümayiş olunacaq. "Parlaq gələcək üçün süni intellekt tərəfdaşlığı" mövzusunda keçiriləcək konfransda forumlar, sərgilər, innovasiya inkubasiyası və istedad mübadiləsinə qədər 6 əsas bölmə olacaq. Konfransda 3000-dən çox eksponatın nümayiş olunacağı gözlənilir ki, bunlardan 300-dən çox məhsul qlobal debüt edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















