Çinin Şensi əyalətinin qubernatoru haqqında təhqiqat başlanıb
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi partiya intizamını və qanunları pozmaqda şübhəli bilinən Şensi əyalətinin qubernatoru Cin Siancun haqqında təhqiqata başlayıb. SİA xəbər verir ki, hər iki komitə qubernatorun məsələsi haqqında ətraflı məlumat açıqlamayıb.
Uzun illər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış Cin Siancun 2018-ci ildə Teincin şəhəri merinin müavini təyin olunub. O, 2023-cü ilin yanvarından Şensi əyalətinin qubernatoru vəzifəsində çalışır.
Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam cəzası da daxil olmaqla müxtəlif formada cəzalandırılıb. Onlar arasında nazirlər, qubernatorlar, merlər, partiya rəsmiləri, ali rütbəli hərbçilər, iri dövlət şirkətlərinin rəhbərləri də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Aprel 2025 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















