Çinin Trampa qarşı istifadə etdiyi təsir vasitəsi məlum olub
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin ABŞ ilə ticarət müharibəsində nadir metallardan rıçaq kimi istifadə edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Belə ki, Çin ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlara cavab olaraq yeni ixrac məhdudiyyətləri elan edib.
Pekin bundan sonra xaricə daşımalara olan nəzarəti götürəcək, xüsusən də nadir metalların son alıcısının kim olması ilə yaxından maraqlanacaq.
Qeyd edək ki, ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək. Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Cənubi Koreya (25%), Tailand (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək. Eyni zamanda, Tramp Administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum tətbiq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Aprel 2025 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















