Icma.az
close
up
RU
Çinin yeni avtomobillərin ixracını dayandırması Azərbaycana necə təsir edəcək? AÇIQLAMA

Çinin yeni avtomobillərin ixracını dayandırması Azərbaycana necə təsir edəcək? AÇIQLAMA

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Çin hökuməti paralel avtomobil ixracı ilə bağlı qaydaların sərtləşdiriləcəyini açıqlayıb. Bildirilib ki, istehsal tarixindən 6 aydan az müddət keçən avtomobillərin ixracına icazə verilməyəcək. Digər tərəfdən, son zamanlarda Azərbaycanın Çindən avtomobil idxalı kəskin artıb. Bunun böyük hissəsinin paralel idxal olduğunu desək, yəqin ki, yanılmarıq.

Bəs görəsən, Çinin ixracı çətinləşdirməsi 2026-cı ildə Azərbaycan avtomobil bazarına necə təsir edəcək?

Bu suala nəqliyyat məsələləri üzrə ekspert Şahin Göyləroğlu ilə cavab tapmağa çalışdıq. 

Ekspert “Unikal”a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycana öz təsirini göstərəcək:

“Azərbaycanda da yeni qərarların qəbul olunacağını proqnozlaşdırıram. Çin sözügedən yeni qaydaları bir neçə səbəbdən tətbiq edib. Birinci səbəb ondan ibarətdir ki, bir ölkə xaricə avtomobil idxal edirsə, bu, həmin ölkənin özünün reputasiyasıdır. Ölkə öz avtomobilinin arxasınca düşməlidir. Servisini və ehtiyat hissəsi bazasını yaratmalıdır. Həmçinin, ehtiyat hissələrinin tədarükünün ardıcıllığını qorumalıdır. Dövlət, istehsalçı işi bir günlük düşünməməlidir. 

Misal üçün, Almaniya istehsalı olan markalarda ehtiyat hissəsinin əlçatanlığı mövcuddur. Belə ki, həmin avtomobillərdə beynəlxalq sistem var. Ehtiyat hissələrini kodla axtarış etdikdə, rahatlıqla tapmaq və əldə etmək mümkün olur. Çin maşınlarında isə bu yoxdur”.

Ekspert vurğulayıb ki, Çin ilk dəfə bunu həyata keçirmək istədi: “Buna baxmayaraq, uğursuz oldu. Onlar başa düşdülər ki, hazırda xaricə gedən maşınların əksəriyyətinin satışını özləri həyata keçirmir. Bu, “gray import”dur (paralel idxal). Təsəvvür edin, həmin avtomobillərin menyusu belə əksər hallarda yalnız Çin dilində gəlirdi. Deməli, bu, Çinin daxili bazarı üçün istehsal olunmuş avtomobildir.   

Çinlilər deyirdilər ki, siz həmin nəqliyyat vasitələrini alıb xarici ölkələrə aparırsınızsa, məsuliyyət daşımırıq. Təbii ki, bu da özünü doğrultmadı. 

Beləliklə, bir neçə gün əvvəl verilən qərarla paralel idxaın qarşısını kəsməyi hədəflədilər. Maşın istehsaldan 6 ay sonra Çində olmalıdır. Eyni zamanda, qeyd olunub ki, həmin avtomobilin servis keçmişi də olmalıdır. Yəni, maşını alıb 6 ay qarajda saxlamaq və daha sonra xaricə satmaq mümkün olmayacaq. Mütləq qaydada sürülməli və servisə gedib-gəlməlidir”. 

Ş.Göyləroğlu qeyd edib ki, qərarda daha bir maraqlı məqam var: “Bildirilib ki, Çindən xaricə avtomobil satan şirkət (şəxs) ixrac etdiyi ölkədə servis və ehtiyat hissəsi təminatını göstərməlidir. Yəni, Çin göstərmək istəyir ki, onların da şəbəkələri mövcud olacaq. 

Sözügedən qərarlar azərbaycanlılardan daha çox Çin istehsalçılarına mənfi təsir göstərəcək. Aydın məsələdir ki, Azərbaycanda rəsmi servislər onsuz da bərbad işləyir. 

Paralel idxalın dayanması Azərbaycandakı rəsmi dilerlərin işinə bir qədər müsbət təsir edə bilər. Rəsmi diler də avtomobili ölkəyə vaxtında gətirməlidir. Digər tərəfdən, avtomobillərin saxlanılması, salona yerləşdirilməsi və qulluğu üçün personalın təşkil olunması və s. böyük maliyyə vəsaiti tələb edir. Ona görə də, bu da asan məsələ deyil. Çox az şirkətlər var ki, onlar bunu həyata keçirə biləcəklər”. 

Ekspert bildirib ki, 2026-cı ildə Azərbaycanın avtomobil idxalındakı mənzərə dəyişəcək: “Məlumdur ki, hibrid avtomobillərə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəşti 1 yanvar 2026-cı il tarixində yekunlaşır və uzadılması nəzərdə tutulmur. Biz artıq elektrik və hibrid avtomobillərə yönəlməyəcəyik. İdxal xərcimiz az miqdarda da olsa azalacaq. 

Azərbaycanda 7 yaşına qədər olan avtomobillərin idxalında heç bir dəyişiklik olmayacaq. İstehsal ilindən 7 ildən daha çox müddət keçmiş avtomobil idxal etsəniz, gömrük rəsmiləşdirilməsi zamanı daha çox rüsum ödəməli olacaqsınız. Belə çıxır ki, ən optimal variant istehsal ili 2020-ci il və daha yuxarı olan ikinci əl avtomobilləri idxal etmək olacaq. 

Mən Azərbaycanda yeni bir qanun gözləyirəm. Ehtimal edirəm ki, bu, dilerlik və distributorluqla bağlı qanun olacaq. Nəticədə bəzi şeylər qadağan ediləcək”. 

Şahin Göyləroğlu deyib ki, bütün bu qanunlar bizi işlənmiş avtomobilləri almağa sürükləyəcək: “Həm yeni, həm də ikinci əl avtomobillərdə Çin yenə də bizim ən böyük partnyorumuz olaraq qalacaq. Azərbaycanlılar Çindən ikinci əl avtomobillərin idxalı ilə tanış olacaqlar. Burada Almaniya istehsalı olan maşınlar da olacaq. 

İşlənmiş maşın alan zaman əsas iki məqama diqqət yetirilməlidir: O maşın ölkədə çox sayda və sağlam vəziyyətdə olmalıdır. Avtomobil modellərinin davamlılığı da önəmlidir.

Misal üçün, Çin markaları çox sayda istehsal həyata keçirirlər. Amma, onlar hər il fərqli bir modeli istehsal edirlər axı. Ardıcıllığı qorumurlar deyə, bu, ikinci əl avtomobil bazarına mənfi təsir göstərir”. 

Ekspert düşünür ki, azərbaycanlılar ikinci əl Çin avtomobillərini yox, digər markaların modellərini Çindən idxal edəcəklər: “Qeyd etmək lazımdır ki, Çin dövləti elektromobil və hibrid avtomobillərin istehsalına dövlət dəstəyini də dayandırır. Buna görə də, Çindən ümumi idxalımız azalacaq. Çindən fərqli olaraq, digər ölkələrdən sənədlərin hazırlanması prosesi daha rahatdır. Misal üçün, Amerika Birləşmiş Ştatları (ABŞ), Cənubi Koreya və Yaponiyanı göstərmək olar.

Çin indiyə qədər ən böyük dövriyyəni yaşadı. Bu, artıq mümkün olmayacaq. Azərbaycanda Çin maşınlarının pik həddi 2025-ci ildə oldu. Ölkəyə təxminən 40 mindən çox maşın gəldi. Buna dəstək olan səbəblərdən biri gömrük və vergi dəstəyi almağımız idi. Təsadüfən, ölkədə taksi məsələsi də gündəmə gəldi. Bu səbəbdən Azərbaycana çox sayda Çin maşını gətirildi. Taksi söhbəti onları canlandırdı.

Bilirsiniz ki, taksilərin sayına da limit tətbiq olunub. Artıq Çin avtomobilləri ilə bağlı bazarda artıqlıq yaranıb”. 

Ş.Göyləroğlu söyləyib ki, Çindən Azərbaycana yenə də avtomobil gələcək: “Digər tərəfdən, bu say 2025-ci ildəki qədər olmayacaq. 

Çində ikinci əl avtomobillərin ixracını həyata keçirən şirkətlər isə çox geridə qalıblar. Onlarda işin təşkilində ciddi problemlər var. Almaniya, ABŞ, Yaponiya və Cənubi Koryea kimi ölkələr uzun illərdir bu işlə məşğuldurlar. Onlardan idxal həyata keçirmək rahatdır. Çində isə adi sənəd işləri belə olduqca qəlizdir. 

Şirkətlər işi düzgün formada həyata keçirə bilmir. Səbəb isə ondan ibarətdir ki, Çində bu iş üzrə ixtisaslı kadrlar mövcud deyil. Təsəvvür edin, Çin qeydiyyat məsələsini hələ indi həyata keçirir. Bu isə onların nə qədər geridə olduğunu nümayiş etdirir”.

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri