Icma.az
close
up
RU
Çinlə ABŞ arasında gözlənilməz gərginlik: Tramp Pekinə sərt xəbərdarlıq etdi

Çinlə ABŞ arasında gözlənilməz gərginlik: Tramp Pekinə sərt xəbərdarlıq etdi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Çin nadir torpaq elementləri ilə bağlı məhsullara ixrac nəzarəti tətbiq etməyə hazırlaşır.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social hesabında açıqlayıb: "Çində çox qəribə şeylər baş verir! Onlar düşmən olurlar və dünya ölkələrinə məktublar göndərərək, nadir torpaq metalları ilə bağlı bütün istehsala və demək olar ki, hər şeyə, hətta Çində istehsal olunmasa belə, ixrac nəzarəti tətbiq etmək istədiklərini bəyan edirlər. Heç kim heç vaxt belə bir şey görməyib, lakin bu, mahiyyətcə bazarları "bağlayacaq" və dünyanın demək olar ki, hər bir ölkəsi, xüsusən də Çin üçün həyatı çətinləşdirəcək".

Tramp bildirib ki, o, Çinin “düşmən hərəkətlərinə” maliyyə cəhətdən qarşı çıxmaq məcburiyyətində qalacaq və Çin mallarına “külli miqdarda tarif artımı”nı bir tədbir kimi nəzərdən keçirir: “Çinin indicə verdiyi düşməncəsinə əmrlə bağlı nə deyəcəyindən asılı olaraq, mən Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq onların bu addımına maliyyə baxımından qarşı çıxmağa məcbur olacağam. Hazırda nəzərdən keçirdiyimiz tədbirlərdən biri də Amerika Birləşmiş Ştatlarına daxil olan Çin mallarına rüsumların kütləvi şəkildə artırılmasıdır".

Tramp əlavə edib ki, ABŞ-ın “Çinin monopoliyaya ala bildiyi” hər bir elementə cavabı var. O, "bu, ağrılı olsa da, nəticədə ABŞ üçün çox yaxşı olacaq" deyərək, "bir çox digər əks tədbirlərin də ciddi şəkildə nəzərdən keçirildiyini" vurğulayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Oktyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri