Çinli mütəxəssislər Rusiya hərbçilərinə gizli təlim keçib “Reuters”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Çinli hərbi mütəxəssislər ötən il Rusiya ordusunun hərbi qulluqçularına gizli təlim keçib.
Bu barədə iki avropalı rəsminin “Reuters“ə ötürdüyü sənəddə deyilir.
Məlumata görə, təlim Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı əsasında keçirilib və bu prosesdə azı 4 rusiyalı və çinli general iştirak edib.
Bildirilib ki, Rusiya müdafiə naziri Andrey Belousovun qərarı ilə Rusiya hərbi heyəti təlimlərdə iştirak etmək üçün Çinə səfər edib.
Üç həftə davam edən təlimlərdə çinli instruktorların rusiyalı hərbçilərə kimyəvi və radioloji kəşfiyyat, eləcə də ventilyasiya sistemlərinin radioaktiv çirklənmədən qorunması haqqında kurs keçdiyi qeyd olunub.
Rusiya və Çin Müdafiə nazirlikləri məsələyə münasibət bildirməyib. /Apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















