Icma.az
close
up
RU
Çinli turistlər ölkəmizə axışacaq RƏY

Çinli turistlər ölkəmizə axışacaq RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

260 milyard dollarlıq turizm bazarı Azərbaycana açılır

Çinli tur operatorları Azərbaycanda topladıqları təcrübə və məlumatları istifadə edərək ölkəyə yönəlmiş yeni tur paketləri təqdim etməyi planlaşdırırlar. Bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda ilk dəfə təşkil edilən “China Visitors Summit”də deyib. O, vurğulayıb ki, bu təşəbbüs Çin və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı daha da gücləndirir: "Bu platforma hər iki ölkənin turizm sənayesi arasında insanların qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir. Bu il Çində keçirilən tədbirlər arasında məhz bu görüşün təsiri xüsusilə diqqət çəkir". Qeye dək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan ilə Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Çini Azərbaycandakı səfiri xanım Lu Mey bildirib ki, 1992-ci ildən başlayaraq Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edir. "Çin ilə Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. Bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Bu kimi tədbirlər Çin ilə Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq", - deyə səfir vurğulayıb. 

 Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq sürətlə genişlənir, yeni səyahət paketləri və proqramlar sayəsində iki ölkə arasında turist mübadiləsi artır. Onlar, həmçinin yerli turizm və qonaqpərvərlik şirkətləri ilə birbaşa görüşlərin qarşılıqlı fayda yaratdığını və əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyini vurğulayıblar.

Qeyd edilir ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94 faiz artaraq 44 min 798 nəfərə çatıb. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 min nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz artım deməkdir. Son iki ildə Çinlə turizm əməkdaşlığını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və tanıtım tədbirləri həyata keçirilib. Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanları Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda nümayiş etdirilib. Növbəti il üçün Çində daha geniş media kampaniyaları, tanışlıq səfərləri və müxtəlif şəhərlərdə silsilə təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır. Qeyd edilir ki, Çin bu gün dünyada ən böyük xarici turizm bazarıdır. Azərbaycanın bu geniş bazardakı payı isə davamlı şəkildə artır və potensialımız həqiqətən böyükdür. Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, hazırda burada Çinin 50-dən çox turizm şirkətinin nümayəndəsi, eləcə də Azərbaycanın yerli turizm sənayesinin nümayəndələri iştirak edir: “Bu tədbir, həmçinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın inkişafına, həm də ölkənin turizm potensialının tanıdılmasına xidmət edəcək”. F.Nağıyev bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Aprel ayında imzalanan vizadan qarşılıqlı azadolma sazişi, eləcə də Bakı-Pekin və Bakı-Urumçi istiqamətində birbaşa aviareyslərin fəaliyyəti bu əməkdaşlığın real göstəricilərindəndir. Agentlik sədri qeyd edib ki, bu gün Çin Azərbaycana gələn turistlərin sayına görə ilk on ölkə arasında yer alır. “2025-ci ilin yanvar-oktyabr aylarında Çindən ölkəmizə səfər edən turistlərin sayı əvvəlki illə müqayisədə 49% artaraq 57 min nəfərə çatıb”,- deyə F.Nağıyev əlavə edib.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanla Çin arasında əlaqələrin inkişafı, strateji tərəfdaşlığın artması, qarşılıqlı vizasız rejim şübhəsiz ki, turizm sahəsini dəstəkləyən əsas faktorlardan biridir. Bu, Azərbaycanı Çinli turistlər üçün üstün turizm istiqaməti kimi mövqeləndirmək baxımından bizə unikal imkan yaradır: 

- Vizanın qarşılıqlı şəkildə aradan qaldırılması gediş-gəlişin sayına təsir göstərir. Amma bu elə də yüksək rəqəm deyil ki ciddi hss olunsun. Gələcəkdə ikitərəfli əlaəqələrin daha da inkişafı gediş-gəliş sayına da daha ciddi şəkildə müsbət təsir göstərəcək. Çin dünyada turzm xərclərinə görə ilk sıradadır. Çinli turistlərin pandemiyadan əvvəl dünya üzrə etdiyi xərcləmələr 260 milyard dollara yaxın idi. Çinli turistlər bu qədər xərcləmələr edir. Bunu nəzərə alaraq turizm ölkələri bu paydan əldə etmək istəyir və çinli turistləri cəlb etməkdə maraqlıdırlar. Çinli turistlər qrup halında şoping turları edir, son zamanlar ticarət turları da artıb. Ona görə də Azərbaycanın Çinlə turizm sahəsində əməıkdaşlığı da müsbət nəticələr vəd edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri