Icma.az
close
up
RU

Çinlilər NyuYorkun ortasında “gizli polis bölməsi” yaratdılar

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Manhattandakı (Nyu Yorkda ticarət, mədəniyyət və maliyyə mərkəzidir red.) Çin məhəlləsində Çin hökumətinə bağlı “gizli polis bölməsi”ni idarə etməkdə ittiham olunan Çen Jinpinq federal məhkəmədə günahını etiraf edib. Çen ABŞ-dəki dissident Çin vətəndaşlarını hədəf almaq üçün Çin adından çalışdığını etiraf edib. Çin hökuməti isə bütün ittihamları rədd edib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Manhattanda “gizli polis bölməsi”ni idarə etməkdə ittiham olunaraq mühakimə olunan Çen Jinpinq günahkar bilinib.

Çen Bruklin Federal Məhkəməsində hakim Nina Morrisonun qarşısında ifadə verib və bir “xarici agent” kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyini etiraf edib.

Belə ki, 61 yaşlı Çeni ən azı 5 il həbs cəzası gözləyir. Çen sözügedən polis idarəsini Çin hökuməti adından yaradıb. Onun məqsədi ABŞ-də dissident Çin vətəndaşlarını sıxışdırmaq olub.

Çen ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədiyini bildirib. ABŞ qanunları isə başqa ölkə adından fəaliyyət göstərən şəxslərin “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edir.

Çen və Nyu-Yorkda yaşayan digər müttəhim Lu Canvang 17 aprel 2023-cü ildə həbs edilib. Eyni ittihamlarla yanaşı, Lu “ədalətə mane olmaq” maddəsi ilə də mühakimə olunub. Canvang bütün ittihamları rədd edib.

Hər iki şəxs İspaniyada yerləşən “Safeguard Defenders” hüquq müdafiə təşkilatının 2022-ci ildə dərc etdiyi araşdırma hesabatından sonra həbs edilib.

Həmin hesabatda Çinin xaricdə “gizli məntəqələr” qurduğu və bu mərkəzlərin qeyri-qanuni şəkildə Çin polis qüvvələri ilə əməkdaşlıq etdiyi və Çinə qayıtmaq istəyən insanlara təzyiq göstərildiyi bildirilmişdir.

Çen və Lu ABŞ-də qurduqları “xeyriyyə” təşkilatı adı altında gizli forpostu idarə edirdilər. Qurumun məqsədinin “ABŞ-də Çin vətəndaşlarına kömək etmək” olduğu qeyd edilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian keçirdiyi mətbuat konfransında Manhattan işi ilə bağlı sualları cavablandırıb və “qondarma gizli polis məntəqələri”nin mövcudluğunu təkzib edib.

Lin Cian

Lin “Çin həmişə beynəlxalq hüquqa ciddi şəkildə əməl edib və bütün ölkələrin məhkəmə suverenliyinə hörmətlə yanaşıb” dedi.  Lakin o, məhkəmənin təfərrüatları barədə məlumatı olmadığını bildirib.

ABŞ Ədliyyə Departamenti Çin və İran kimi ölkələrin Birləşmiş Ştatlarda yaşayan siyasi rəqiblərini qorxutmaq üçün həyata keçirdikləri fəaliyyətlər olaraq təyin etdiyi “trans-sərhəd təzyiqlər”lə bağlı araşdırmalarını gücləndirib.

Çinin Vaşinqtondakı səfirliyi Çenin günahını etiraf etməsi ilə bağlı münasibət bildirməyib.

Çin hökuməti xaricdəki bu cür mərkəzlərin çinli könüllülər tərəfindən idarə olunduğunu, heç bir rəsmi polis fəaliyyəti olmadığını və vətəndaşlara yalnız sənədlərin yenilənməsi kimi xidmətlər göstərildiyini iddia edib.                            Bununla belə, Amerika bu ittihamların Çinin reputasiyasını ləkələmək üçün uydurma olduğunu iddia edir.

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri