Çinlilər Ukraynaya qarşı döyüşə necə göndərilib? “Bizi aldadıblar...”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya tərəfində vuruşan və Ukrayna əsgərləri tərəfindən əsir götürülmüş iki Çin vətəndaşı Kiyevdə keçirdiyi mətbuat konfransında aldadılaraq müharibəyə aparıldıqlarını bildiriblər.
Onlardan Vanq Quanqjun yaralıların reabilitasiyası üzrə mütəxəssis kimi işləmək üçün rusiyalı işə götürən şəxslə razılaşdığını bildirib. Lakin onun sözlərinə görə, Rusiyaya gələn kimi dərhal orduya göndərilib.
Zhang Renbo isə qeyd edib ki, o, əvvəlcə Rusiyaya turist kimi gəlib, sonra işləmək qərarına gəlib. Ona inşaatçı kimi işləmək təklif olunub, amma sonar, deyir ki, hər şey çox tez dəyişdi və o artıq baş verənlərə təsir edə bilməyib.
Hər iki əsir qeyd edib ki, onların Çin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.
Aprelin 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Çin vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən əsir götürüldüyünü bildirib. O vurğulayıb ki, Kiyev onların mübadiləsini nəzərdən keçirməyə hazırdır, ancaq Rusiya əsirliyində olan ukraynalılarla dəyişdirilə bilərlər.
Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin Ukraynaya qarşı müharibəyə hərbi personal göndərməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















