ÇinRusiya qaz kəmərinin şərq marşrutu istismara veriləcək
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin-Rusiya qaz kəmərinin şərq marşrutunun Nantunq-Luji hissəsinin tikintisi başa çatıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Neft və Qaz Boru Kəməri Şəbəkə Korporasiyasından (PipeChina) məlumat verilib.
Çin-Rusiya qaz kəmərinin şərq marşrutu üç hissəyə - şimal, mərkəzi və cənub hissələrə bölünür. Bu qaz kəməri Çin ərazisindəki şərq qolu sərhədyanı Heihe şəhərindən başlayır və Heilongjiang, Şimal-Şərqi Çin və 9 əyaləti, muxtar bölgələri və mərkəzi şəhərləri keçərək Şanxay (Şərqi Çin) metropolunda bitir. Onun ümumi uzunluğu 5111 km-dir.
Sibirdən Çinin şimal-şərqinin üç əyalətinə, Pekin-Tyanszin-Hebey bölgəsinə və Yantszı çayı deltasına nəql olunan təbii qazın həcmi ildə 38 milyard kubmetr səviyyəsində sabitləşəcək. Bu, sözügedən regionlara hər il karbon qazı emissiyasını 164 milyon ton, kükürd qazını isə 1,82 milyon ton azaltmağa imkan verəcək.
Məlumata görə, marşrutun rəsmi istifadəyə verilməsi üçün hazırlığın son mərhələsinə başlanılıb. Bu ilin sonuna qədər Çin-Rusiya qaz kəmərinin bütün şərq marşrutunun istifadəyə veriləcəyi gözlənilir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















