Cinsi aktivliyi artıran dərmanlar ölüm təhlükəsi yaradır Androloqdan XƏBƏRDARLIQ
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyada milyonlarla kişi cinsi problemini aradan qaldırmaq üçün Viaqra tipli dərmanlar qəbul edir. Amma onlardan çox azı bilir ki, dərmanın təsiri təzyiqdən tutmuş, içdiyi içkiyə qədər tam dəyişə bilər. Son dönəmlərdə istiqanlı qafqazlıların da cinsi istəyi artıran preparatlara tələbatı artır. Üstəlik ehtiyac siyahısında olan kişilər heç də yaşlı nəslin nümayəndələri deyil, dərmandan istifadə edənlərin arasında kifayət qədər gənclər də var. Çox təəssüf ki, bu dərmandan istifadə edənlər arasında ölüm halları artıb.
Qeyd edək ki, “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra” və “Vizarsin” kimi cinsi istəyi artıran preparatlar Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib və ölkədə istifadəsinə icazə verilib. Madam ki, bu dərmanlar apteklərdə açıq şəkildə satılır demək ki, sağlamlıq təhlükəsi riski yoxdur.
Bəs onda cinsi aktivliyi artıran preparatlar niyə ölümə səbəb olur?
Həkim-androloq Vasif Sadıqov Bizim.Media-ya problemin səbəblərini belə açıqladı:
”Viaqra”dan ölənlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər olur. Bu dərmanları normadan artıq qəbul edən zaman həmin şəxs infarkt ola bilər. Həmçinin, təzyiqin qalxmasından asılı olaraq, beyinə qan sıza bilər. Ona görə də qəbul olunması məqbuldur, amma dozasında. Doza isə fərdi olaraq seçilir. Özbaşına dozanı təyin etmək olmaz, mütləq həkim məsləhəti olmalıdır”.
Həkim diqqətə çatdırdı ki, Viaqra tipli dərmanları sudan başqa digər içkilərlə qarışdırıb içmək olmaz. Gənclər adətən həm əylənmək, həm də effekti artırmaq üçün spirtli, enerji içkiləri ilə qarışdırırlar. Bundan başqa, qəhvə, “kola” da Viaqra ilə “yola getmir”: birlikdə qəbul hallarında ürəkdə gərginlik, tərləmə, narahatlıq yarana bilər.
Şəfiqə Şəfiqə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















