Çip bazarında BÖYÜK GEDİŞ
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Tayvan şirkətləri süni intellektə (AI) tətbiqlərinə artan tələbat fonunda ABŞ-yə əlavə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tayvanın iqtisadiyyat naziri Kunq Min-hsin bildirib ki, yeni investisiyalar əsasən süni intellekt texnologiyalarına olan yüksək tələbatla əlaqədardır. Şirkətlərin adları açıqlanmasa da, investisiyaların ABŞ-də yarımkeçirici istehsalının genişləndirilməsinə yönələcəyi bildirilir.
Məlumata görə, bu addım ABŞ-nin yerli çip istehsalını gücləndirmək məqsədi daşıyan CHIPS proqramı çərçivəsində texnoloji təchizat zəncirinin şaxələndirilməsi istiqamətində atılan addımlardan biridir.
Tayvanın ən böyük çip istehsalçılarından biri olan TSMC də iyul ayında ABŞ-dəki layihələrinə əlavə 100 milyard dollar investisiya yatıracağını açıqlamışdı. Bununla şirkətin ABŞ-dəki ümumi planlaşdırılan investisiyalarının həcmi 265 milyard dollara çatıb.
Ekspertlər hesab edirlər ki, süni intellekt sistemlərinin sürətli inkişafı qabaqcıl prosessorlara və yaddaş çiplərinə tələbatı artırır. Bu isə yarımkeçirici istehsalını qlobal texnologiya rəqabətinin əsas istiqamətlərindən birinə çevirir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















