Icma.az
close
up
RU
Çips yeyənlərin nəzərinə İçindən qurd çıxa bilər

Çips yeyənlərin nəzərinə İçindən qurd çıxa bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər çips və digər paketlənmiş qidalarda həşərat və qurdların aşkarlanması ilə bağlı xəbərlər cəmiyyətdə narahatlıq yaradıb. Bu cür hallar adətən məhsulun istehsal, qablaşdırma və saxlanma mərhələlərində gigiyena və nəzarət qaydalarının pozulması nəticəsində baş verə bilər.
Qida eksperti İlkin Şirinov Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ yalnız istehlakçıdan və ya istehsalçıdan asılı deyil. İstehsala gətirilən xammalda, kartof, un, nişasta və digər məhsullarda həşərat və ya qurd yumurtalarının mövcudluğu da problemə səbəb ola bilər.
Ekspert vurğulayıb ki, məsələ zəncirvari xarakter daşıyır:
"İstehsal prosesində keyfiyyətə nəzarətdə zəiflik olarsa, kənardan məhsula hər hansı həşərat düşə bilər. Paketlənmə zamanı da həşərat düşmə ehtimalı mövcuddur. Yəni, məhsulun saxlanılmasından tutmuş istehsalına qədər prosesin hər hansı bir mərhələsində zəiflik olarsa, son nəticədə məhsulda problem üzə çıxacaq, sağlamlığa təsir göstərə bilər və ya əlavə işlənmə tələb edə bilər. Buna görə də məhsulun satış nöqtələrinə çatdırılmasına qədər, həmçinin satış nöqtələrində və anbarda saxlanılması ciddi nəzarət tələb edən bir prosesdir. HACCP proqramı məhsulun təhlükəsiz formada istehlakçıya çatdırılmasına xidmət edən nəzarət mexanizmidir. Bu mexanizm yalnız istehsalda deyil, xammalın saxlanması, çeşidlənməsi, təmizlənməsi, dezinfeksiya olunmasından tutmuş müştəriyə çatdırılmasına qədər bütün mərhələləri əhatə edir".
İlkin Şirinov qeyd edib ki, məsələni yalnız istehlakçının üzərinə atmaq düzgün deyil. 
"Problemlər saxlanma, paketlənmə və digər görünməyən çatışmazlıqlardan da qaynaqlana bilər. Əgər məhsulda hər hansı yad cisim, qoxu və ya dad problemi hiss olunursa, istehlakçı dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çağrı mərkəzinə zəng etməli, şikayətini bildirməlidir. Bu zaman məhsul ya satışdan geri çağrılır, ya da laborator analizlərdən sonra qərar verilir ki, problem istehsal zamanı, yoxsa anbarda rütubət və saxlanma şəraitində yaranıb. İstehlakçının bu hüquqları mövcuddur və o, onları istifadə etməlidir" - deyə, ekspert bildirib. 
Yəni, paketlənmiş məhsulların tərkibindəki xoşagəlməz tapıntılar təkcə istehsalçı səhlənkarllığı deyil, həm də logistika və saxlama mərhələlərindəki boşluqların nəticəsidir. İstehlakçılar belə hallarla qarşılaşdıqda susmamalı, həm sağlamlıqlarını qorumalı, həm də aidiyyəti qurumları məlumatlandırmalıdırlar. Qida təhlükəsizliyi zəncirinin hər bir həlqəsində məsuliyyət artırılmasa, oxşar faktların yenidən gündəmə gəlməsi qaçılmaz görünür.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri