Çirkli avtomobilləri görəndə dayana bilmir Şüşələri sənət əsərinə çevirir
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Türkiyənin Antalya şəhərinin Aksu rayonunda yaşayan rəssam Alper Kocabıyık çirkli avtomobil şüşələrini sənət əsərinə çevirir.
Sherg.az xəbər verir ki, 4 yaşından etibarən rəsm çəkən, eşitmə məhdudiyyətli olan gənc rəssam adi kətan əvəzinə fərqli bir “kətan” seçib. Daha əvvəl fərdi sərgi açan və Gözəl Sənətlər Liseyinin məzunu olan Kocabıyık küçədə gördüyü çirkli, tozlu avtomobillərə laqeyd qala bilmir.

O, pambıq çubuq və salfeti fırça kimi istifadə edərək avtomobillərin şüşələri üzərində mənzərə rəsmləri çəkir.
Gənc rəssam əsasən İstanbul silueti, tarixi abidələr və Boğaz mənzərələrini təsvir edir. O bildirib ki, məqsədi sənəti hər kəs üçün əlçatan etmək və insanlara küçədə gözlənilməz bir sənət təcrübəsi yaşatmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Fevral 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















