Ciro Immobile iki ayağını bir başmağa dirəyib
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Beşiktaş" mövsümün sonunda komandadan göndərmək istədiyi italyan qolçu Ciro Immobile "iki ayağını bir başmağa dirəyib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Beşiktaş"ın prezidenti Serdar Adalının "Ciro Immobile mövsümün sonunda komandadan göndəriləcək" açıqlamasının mürtəkkəbi qurumamış komandadan xoşluqla getməyəcəyinin mesajnı verib.
Məlumata görə, Ciro Immobile sosuial media hesabında "Beşiktaş" klubunu tağ edərək, vaxtilə aldığı "qızıl buts"u paylaşıb.
Xəbərdə deyilir ki, 35 yaşllı qolçunun "əzələ nümayişi" azarkeşləri qəzəbləndirib. Onların əksəri paylaşımın altına tənqidi və "get" deyə şərhlər yazıbl
Xatırladaq ki, ötən yay transfer dönəmində "Latsio"dan "Beşiktaş"a qatılan İmmobile bu mövsüm 36 matçda ağ-qara forma geyinib. O, bu matçlarda 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Fərid Aslan
MİA.AZ
Baxış sayı:55
Bu xəbər 24 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















