Icma.az
close
up
RU
Citi cinsiyyət və etnik müxtəliflik prinsiplərindən imtina edib

Citi cinsiyyət və etnik müxtəliflik prinsiplərindən imtina edib

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif - Eldar Kərimov- Banco.az

 Citigroup Inc. bankı işçilərin cinsiyyət və etnik müxtəlifliyinə dair siyasətini dayandırır və daha çox inklüzivliyi təşviq etmək məqsədlərindən geri çəkilən son böyük Amerikan şirkəti olur, bunu Financial Times yazır.

Donald Trampın ABŞ prezidenti vəzifəsinə qayıtması müxtəliflik, bərabərlik və inklüzivlik məsələlərinə qarşı mənfi reaksiyanı gücləndirib, şirkətləri bir neçə il əvvəl qoyduqları hədəflərdən imtina etməyə məcbur edib.

Citi-nin baş icraçı direktoru Ceyn Freyzer işçilər üçün yazdığı xidməti qeyddə bildirib ki, bank artıq yerli qanunvericilik tərəfindən tələb olunmadıqca işçilərin tərkibi ilə bağlı iddialı hədəflər qoymayacaq, həmçinin "namizədlər siyahısında və müsahibə qruplarında müxtəliflik" tələb etməyəcək.

Elan edilən dəyişikliklər çərçivəsində Citi həmçinin "Müxtəliflik, bərabərlik, inklüzivlik və istedadların idarə edilməsi" komandasının adını "İstedadların idarə edilməsi və cəlb edilməsi" olaraq dəyişir. Freyzer qeyd edib ki, bu dəyişikliklər "ABŞ-ın bütün qurumlarında baş verən hadisələr" nəticəsində ortaya çıxıb.

2022-ci ildə bank özü üçün hədəf qoymuşdu ki, vitse-prezident köməkçilərindən tutmuş idarəedici direktorlara qədər olan vəzifələrdə ən azı 43,5% qadın, 11,5% qaradərili və 16% latinoamerikalı işləməlidir.

Dünyada təxminən 230 min işçisi olan Citi, Trampın seçkilərdə qələbəsindən sonra işçilərin müxtəlifliyi ilə bağlı təşəbbüsləri azaldan Accenture və Walt Disney Co. kimi korporativ nəhənglərin siyahısına qoşulub.

DEI (müxtəliflik, bərabərlik, inklüzivlik) proqramları korporativ Amerikada onilliklərdir mövcuddur, lakin bu təşəbbüs 2020-ci ildə polisin afroamerikalı Corc Floydun öldürülməsindən sonra xüsusi sürət qazanmışdı. Tənqidçilər iddia edirlər ki, bu proqramlar vəzifələrə təyinatda ləyaqətdən çox demoqrafik faktorlara üstünlük verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Fevral 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri