Icma.az
close
up
RU
Çiyələyin üzərində görünməyən təhlükə Ehtiyyatlı olun

Çiyələyin üzərində görünməyən təhlükə Ehtiyyatlı olun

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay mövsümünün gəlişi ilə bazar və marketlərin piştaxtalarını çiyələk bəzəməyə başlayıb. Ən çox sevilən mövsümi meyvələrdən biri olan çiyələk həm dadı, həm də faydaları ilə seçilir. Lakin son illər sosial şəbəkələrdə çiyələyin necə yuyulması ilə bağlı yayılan videolar insanlarda sual yaradıb. Kimi çiyələyi sadəcə axar suyun altında yuyur, kimi saatlarla sirkəli və ya sodalı suda saxlayır.

Bəs hansı üsul doğrudur? Çiyələk kifayət qədər təmizlənmədikdə hansı risklər yarana bilər?

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çiyələk torpağa yaxın yetişən meyvə olduğu üçün üzərində torpaq qalıqları, toz, müxtəlif mikroorqanizmlər və pestisid izləri qala bilər. Bundan əlavə, məhsulun yığılması, daşınması və satışa çıxarılması prosesində çox sayda insanın əli ilə təmasda olması çirklənmə riskini artırır. Dominos pizza

Çiyələyin səthindəki kiçik çuxurlar və toxumlar da bakteriya və çirk hissəciklərinin toplanmasına əlverişli şərait yaradır. Buna görə də digər meyvələrdən fərqli olaraq onun təmizlənməsinə daha çox diqqət yetirilməlidir.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirirlər ki, çiyələyi yeməzdən dərhal əvvəl bol axar su altında yaxşıca yumaq əsas və ən vacib qaydadır. Meyvələri yuyarkən əllə yüngül şəkildə ovuşdurmaq da tövsiyə edilir.

Sirkəli və ya sodalı su üsulu isə əlavə təmizləmə məqsədi daşıyır. Bunun üçün bəzi mütəxəssislər bir qab suya az miqdarda sirkə və ya çay sodası əlavə edib çiyələyi 5-10 dəqiqə saxlamağı məsləhət görürlər. Daha sonra isə meyvə mütləq yenidən axar su ilə yuyulmalıdır.

Bununla belə, çiyələyi uzun müddət suda saxlamaq düzgün hesab edilmir. Meyvə suyu özünə çəkərək yumşala, dadını və quruluşunu itirə bilər. Xüsusilə 20-30 dəqiqədən çox suda saxlanılması tövsiyə olunmur.

Düzgün yuyulmayan çiyələk hansı xəstəliklərə yol aça bilər?

Gigiyenik qaydalara əməl olunmadıqda çiyələyin üzərində olan bəzi bakteriya və parazitlər insan sağlamlığı üçün risk yarada bilər.

Həkimlər xüsusilə  aşağıdakı problemlərə diqqət çəkirlər:

Qida zəhərlənmələri;

Bağırsaq infeksiyaları;

İshal və qusma;

Mədə-bağırsaq pozğunluqları;

Nadir hallarda parazitar infeksiyalar.

Risk xüsusilə uşaqlarda, yaşlılarda, hamilələrdə və immun sistemi zəif olan şəxslərdə daha yüksək qiymətləndirilir.

Ən çox edilən səhv: Çiyələyi əvvəlcədən yumaq

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri də çiyələyin alındıqdan dərhal sonra yuyulub soyuducuya qoyulmasıdır.

Çiyələk yuyulduqdan sonra üzərində nəmlik qalır və bu da kiflənmə prosesini sürətləndirir. Nəticədə meyvə daha tez xarab olur.

Bu səbəbdən çiyələyi yalnız istifadə ediləcək qədər götürüb yeməzdən əvvəl yumaq tövsiyə edilir. Saxlanılacaq hissə isə yuyulmadan, quru vəziyyətdə soyuducuda qorunmalıdır.

Çiyələyi təmizləməyin ən təhlükəsiz yolu onu yeməzdən əvvəl bol axar su altında diqqətlə yumaqdır. Sirkə və ya soda məhlulları əlavə köməkçi vasitə sayılsa da, meyvənin uzun müddət suda saxlanılması nə sağlamlıq baxımından əlavə üstünlük yaradır, nə də məhsulun keyfiyyətinə müsbət təsir göstərir.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyun 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri