Çizgi filmlərin atası: Fantasmagorie nin doğuşu
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1908-ci ildə fransız karikaturaçı Émile Cohl tərəfindən yaradılan Fantasmagorie, tarixdəki ilk müasir çizgi film olaraq animasiya sənətinə yön verən əsər kimi tanınır. Yalnız 1 dəqiqə 20 saniyəlik bu qısa film, tamamilə əl ilə çəkilmiş minlərlə kadrdan ibarət idi.
Bu barədə News24.az Cumhuriyyet-ə istinadən məlumat verir.
Çöp adam obrazı ilə başlanan və sürreal hadisələrin ard-arda gəldiyi Fantasmagorie, süjetdən çox xəyal gücünü və dəyişkən formaları ön plana çıxarır. Obyektlərin bir anda yox olduğu və başqa formaya çevrildiyi bu animasiya, həm texniki yanaşması, həm də eksperimental dili ilə dövrünə meydan oxudu.
Çizgi filmlərin tarixində dönüş nöqtəsi sayılan bu əsər, bugünkü milyard dollarlıq animasiya sənayesinin təməl daşı kimi qəbul edilir.
Xeyrənsə Piriyeva


