ÇL: Budyo Qlimt nağılı şapalaq la bitdi, MS evdə də Real a uduzdu
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 4 görüş reallaşıb.
“Sportinq” səfərdə 0:3 hesabıyla uduzduğu “Budyo-Qlimt”i 5 cavabsız qolla yenərək adını 1/4 finala yazdırıb. PSJ evdə darmadağın etdiyi “Çelsi”yə Londonda da futbol dərsi keçib.
“Real” Madriddə şoka saldığı “Mançester Siti”ni qonaq qismində də üstələyərək növbəti mərhələyə adlayıb. “Arsenal” isə Almaniyada bərabərə qaldığı “Bayer Leverkuzen”ə evdə inamla qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart
Sportinq (Portuqaliya) – Budyo-Qlimt (Norveç) 5:0
Qollar: İnasio, 34. P.Qonsalves, 61. L.Suares, 78-pen. Arauxo, 92. Nel, 120+1.
İlk oyun – 0:3.
Arsenal (İngiltərə) – Bayer Leverkuzen (Almaniya) 2:0
Qollar: Eze, 36. Rays, 63.
İlk oyun – 1:1.
Çelsi (İngiltərə) – PSJ (Fransa) 0:3
Qollar: Kvaratsxeliya, 6. Barkola, 14. Mayulu, 62.
İlk oyun – 2:5.
Mançester Siti (İngiltərə) – Real Madrid (İspaniya) 1:2
Qollar: Holand, 41 – Vinisius, 22-pen; 90+3.
İlk oyun – 0:3.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 18 Mart 2026 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















