Icma.az
close
up
RU
ÇL əvəzinə AL in himni, Girassinin hədər gedən qəhrəmanlığı və daha nələr...

ÇL əvəzinə AL in himni, Girassinin hədər gedən qəhrəmanlığı və daha nələr...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu.

''Football-plus.az'' xəbər verir ki, ilk görüşdə məğlub olanlar geridönüş etsələr də, bu, mərhələni adlamaq üçün kifayət etmədi.
''Aston Villa'' ilə PSJ-nin dueli kuryoz olayla start götürdü. Belə ki, qarşılaşmadan öncə ''Villa Park''da Çempionlar Liqasının əvəzinə Avropa Liqasının himni səsləndirildi. Həmin anda parisli futbolçuların sifətlərini ''turşutmaları'' sosial şəbəkələrdə maraqla qarşılandı. İlk oyunda 3:1 qalib gələn Paris nəhəngi cavab oyununda da 27 dəqiqəyə vurduğu iki qolla ümumilikdə 4 topluq üstünlük əldə etdi. ''Aston Villa'' qalan müddətdə tələb olunan 4 qoldan yalnız 3-nü vura bildi. Donnarumma önəmli seyvlərlə komandasını fiaskodan xilas etdi.
Beləliklə, PSJ ÇL-də ardıcıl ikinci, ümumilikdə tarixi ərzində isə avrokuboklarda 9-cu dəfə yarımfinala yüksəldi. Parislilər bu göstəricidə ''Marsel''i geridə qoyaraq Fransanın ən uğurlu kollektivinə çevrildilər.
Dortmundda keçirilən digər oyuna isə Seru Girassi damğa vurdu. ''Barselona'' ilk qarşılaşmada 4 cavabsız qolla qalib gəlsə də, cavab oyununda da favorit sayılırdı. Çünki komanda əla formada idi və 2025-ci ildə heç kimə uduzmamışdı. Amma Girassinin bununla bağlı öz fikri var idi. Bu futbolçu həm ilk yarının, həm də ikinci yarının əvvəllərində fərqlənməklə dubl etdi. ''Borussiya'' fanatları tarixi geridönüşün xəyallarını qurmağa yeni başlamışdılar ki, Bensebayni topu öz qapısına göndərməklə bu xəyalları puç etdi. Qalan müddətdə Girassi yenə səhnəyə çıxaraq həm het-trik etdi, həm də yekun nəticəni müəyyənləşdirdi. Amma 3:1-lik qələbə ''Borussiya''ya yetərli olmadı. ''Barselona''nın rəsmi matçlarda 24 oyunluq məğlubiyyətsiz seriyası qırılsa da, komanda 6 illik həsrətə son qoyaraq 2019-dan bu yana ilk dəfə yarımfinala yüksəldi.
Girassinin rekordlarına gəlincə, onun ilk növbədə ÇL-də ''Barselona''ya qarşı het-trik edin və bir mövsümdə bu turnirdə kataloniyalılara 5 qol vuran ilk futbolçu olduğunu bildirək. Qvineyali forvard eyni zamanda ÇL-də bir mövsümdə 12 qol həddinə çatan ilk afrikalı futbolçu oldu.
Və nəhayət, buna qədər ''Borussiya''nın heyətində də ÇL-də bir mövsümə bu qədər qol vuran futbolçu olmamışdı. Ən yaxşı göstərici 10 qol idi. Buna 2012/13-də Levandovski və 2020/21-də Holann nail olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri