ÇL in finalında kimin şansları daha çoxdur?
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Opta Analyst” superkompüteri UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsindən sonra turnirin qalibi ilə bağlı proqnozunu yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, statistik göstəricilərə əsasən, Londonun “Arsenal” klubu tarixində ilk dəfə Avropanın ən mötəbər klub turnirinin qalibi olmağa əsas namizəddir.
Bu günə olan son məlumata görə, superkompüter finalçıların çempionluq şanslarını aşağıdakı kimi qiymətləndirib:
“Arsenal” (İngiltərə) – 55,76%
PSJ (Fransa) – 44,24%
Xatırladaq ki, cari mövsümün yarımfinalında “Arsenal” Madrid “Atletiko”sunu (1:1, 1:0), PSJ isə iki oyunun nəticəsinə görə Münxen “Bavariya”sını (5:4, 1:1) mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Paris təmsilçisi turnirin son qalibi statusunu daşıyır. “Topçular” isə ötən mövsüm yarımfinalda məhz PSJ-yə uduzaraq mübarizəni dayandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 May 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















