Icma.az
close
up
RU
ÇL in finalını idarə etmiş hakim özünü öldürmək istəyibmiş

ÇL in finalını idarə etmiş hakim özünü öldürmək istəyibmiş

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabiq ingiltərəli hakim Mark Klattenburq son etirafı ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, o, irqçilikdə günahlandırılandan sonra intihara əl atmaq istəyirmiş.
Bu qalmaqal 2012-ci ildə keçirilən “Çelsi” – “Mançester Yunayted” matçında yaşanmışdı. Həmin vaxt “Çelsi”nin üzvü Con Obi Mikel hakimi irqçilikdə günahlandırmışdı. Klattenburqun o matçdakı idarəçiliyi ciddi söz-söhbətə səbəb olmuşdu. Ünlü hakim “Çelsi”nin iki futbolçusu – Branislav İvanoviç ilə Fernando Torresi meydandan qovmuş, eləcə də “Yunayted”in ofsayddan vurduğu qələbə qolunu qeydə almışdı. Nigeriyalı Obi Mikelin sözlərindən sonra İngiltərə Futbol Assosiasiyası, eləcə də London polisi məsələ ilə bağlı araşdırma aparsa da, Klattenburqun günahı sübuta yetirilməmişdi. Klattenburqu dinləyək:

“Bu hadisə həm mənə, həm də ailəmə çox pis təsir göstərdi. Fikrimcə, həyatımda intihara ən yaxın olduğum an məhz həmin dönəm idi. Ciddi şəkildə bu barədə düşünərək hər şeyə son qoymaq istəyirdim. Axı hakimlikdən kənarlaşdırılsaydım, nə edəcəkdim? Telefonuma “Skay Sports”dan gələn bir bildirişi gözəl xatırlayıram. Orda “Mark Klattenburq ”Çelsi”nin iki futbolçusuna qarşı irqçiliyə yol verməkdə günahlandırılır” sözləri yazılmışdı. Yenicə qızım dünyaya göz açmışdı. Həmin vaxt cəmi 6 aylıq idi. O matçdan sonra həyatımın ən çətin 12 saatını keçirdim. Gecə gözümə yuxu getmədi. Ümumiyyətlə, çarpayıma uzanmadım. Oyunda başverənləri və futbolçularla yaşadığım bütün dialoqları təhlil etməyə çalışırdım. Əsəbi halda ağzımdan irqçilik hesab oluna biləcək bir söz çıxıb-çıxmadığını xatırlamaq istəyirdim. Bunu edə biləcəyimi ağlıma gətirməyin özü belə çox çətin idi. Ətraf mühit tərəfindən irqçi hesab olunan insan heç vaxt iş tapa bilmir. Mən də düşünürdüm ki, idman həyatım bitdi və artıq heç bir iş tapa bilməyəcəm. Bu hadisəni yalnız “Çelsi” tələb olunan sübutları təqdim edə bilməyəndən sonra yavaş-yavaş beynimdən çıxarmağa başladım”.

Qeyd edək ki, Klattenburq 2016-cı ildə həm ÇL-in, həm də AÇ-nin finalını idarə edib. Bir ildən sonra isə karyerasını başa vurub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri