Icma.az
close
up
RU
ÇL in pley offunda bunu bacaran futbolçu olmamışdı

ÇL in pley offunda bunu bacaran futbolçu olmamışdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının 1/4 finalının ilk iki matçı sürpriz hesablarla yekunlaşdı.

''Football-plus.az'' xəbər verir ki, ''Bavariya'' evdə gözlənilmədən ''İnter''ə 1:2 məğlub oldusa, ''Real'' Londonda ''Arsenal'' ilə qarşılaşmada ikinci hissədə buraxdığı qollarla 0:3 hesabı ilə darmadağın oldu. Bu nəticə ilə ÇL-in son qalibi statusunda olan ''kral klubu''nun yarımfinala yüksəlmək şansı faktiki olaraq minimuma endi.
''Emireyts''dəki görüşdə bir sıra maraqlı faktlar qeydə alındı. İlk növbədə ''Real''ın ardıcıl 2-ci ÇL matçında meydanı qolsuz tərk etməsi diqqət çəkdi. Komanda 1/8 finalda ''Atletiko'' ilə səfər oyununda (0:1) da qol vurmamış və yalnız penaltilər seriyasında üstün olmuşdu. Madrid nəhənginin bu turnirdə ardıcıl iki oyunda qol vura bilməməsinə sonuncu dəfə 2009-un fevral-mart aylarında təsadüf olunmuşdu. Həmin vaxt komanda 1/8 finalda ''Liverpul''a həm səfərdə (0:4), həm də evdə (0:1) qol vurmadan uduzmuşdu.
''Arsenal'' - ''Real'' matçına damğa vuran futbolçu Deklan Rays oldu. İngiltərə yığmasının üzvünün cərimə zərbəsindən Tibo Kurtuaya iki qol birdən vurmasını kiçik bir möcüzə də adlandırmaq olar. Çünki bu futbolçu buna qədər peşəkar karyerasında cərimə zərbəsindən heç vaxt (!) qol vurmamışdı. ''Opta''nın məlumatına görə Rays bu oyuna qədər premyer-liqa və avrokuboklarda cəmi 10 dəfə cərimə zərbəsi yerinə yetirmiş və hamısı da uğursuz alınmışdı.
İndiyə qədər ÇL tarixində yalnız 4 futbolçu - Rivaldo, Kriştiano Ronaldo, Neymar və Hakimi bir oyuna cərimə zərbəsindən iki qol vurmuşdu. Amma Rays bunu ÇL-də həm pley-offda, həm də ''Real''a qarşı oyunda bacaran ilk futbolçu kimi tarixə düşdü!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri