Icma.az
close
up
RU
ÇL in qalibi Messinin komandasına futbol dərsi keçdi

ÇL in qalibi Messinin komandasına futbol dərsi keçdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol dünyası bu qarşılaşmanı maraqla gözləyirdi.

Messinin sabiq klubuna qarşı mübarizədən maraqlı nə ola bilərdi? Amma intriqa gözləyənlərin ümidləri qətiyyən doğrulmadı. Baxmayaraq ki, mayamililərin baş məşqçisi Xavyer Masçerano güclü rəqibə layiqincə müqavimət göstərəcəklərini demişdi.
Gözlənildiyi kimi, Paris nəhəngi oyuna üstün başladı. Ustari ilk epizodda Barkolanın zərbəsindən sonra komandasını xilas etsə də, ikinci təhlükə qolla nəticələndi. Vitinyanın cərimə zərbəsindən asmasını Neveş arxa dirəkdə başla dəqiq tamamladı. Luis Enrikenin komandası rəqibə heç mərkəzi belə keçməyə imkan vermirdi. Bu tempə alışmayan “İnter Mayami” müdafiədən hücuma çıxmaqda problem yaşayırdı. Növbəti qol məhz bu cür vuruldu.
Təcrübəli Buskets hücumu başlamaq istəyərkən səhvə yol verdi və PSJ-nın ildırım sürətli hücumu Neveşin topu boş qapıya göndərməsi ilə nəticələndi.
Maraqlıdı ki, bu ana qədər Messi topa cəmi 10 dəfə toxunmuşdu. Çempionlar Liqasının son qalibi fasilə ərəfəsində daha iki qol vurmaqla 2-ci hissəyə heç bir intriqa saxlamadı. “İnter Mayami”də ilk yarının gedişində meydana çıxan Aviles çox inamsız təsir bağışladı. Bu müdafiəçi meydana çıxan kimi sarı vərtəqə aldısa, fasilə ərəfəsində avtoqol müəllifi oldu. İlk yarıya əlavə olunmuş dəqiqələrdə isə “İnter Mayami”nin müdafiəçiləri Hakiminin vurduğu qolu izləməklə məşğul oldular. Mərakeşlinin ilk zərbəsi tirdən döndüsə, ikinci cəhdi uğurlu alındı.
İlk yarıda Messinin komandası üçün qorxunc rəqəmlər ortaya çıxdı. Topa cəmi 31 faiz nəzarət edən “İnter Mayami” nə qapıya zərbə endirə bildi, nə də künc zərbəsi yerinə yetirdi. Bu kollektiv 3-cü bölgədə, yəni PSJ-nin cərimə meydançası həndəvərində cəmi 3 (!) dəqiq ötürmə verə bildi.
İkinci hissədə PSJ tempi aşağı saldı. Hiss olunurdu ki, komanda artıq motivasiyanı itirib. Amma Messinin və dostlarının hətta belə vəziyyətdə də qol vurmağa gücü çatmadı. Beləliklə, ÇL-in son qalibi birhissəlik şou sayəsində adını 1/4 finala yazdırdı. “İnter Mayami” üçün isə mübarizə başa çatdı.
Amma ümumilikdə bu turniri komandanın hesabına yazmaq olar.
PSJ – İnter Mayami 4:0 (4:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi (Li Kan İn, 69), Markinyos (Beraldo, 46), Paço, Mendeş (L.Ernandes, 69), Neveş (Dembele, 61), Vitinya, Ruis (Zair-Emeri, 46), Due, Kvaratsxeliya, Barkola.
İnter Mayami (ABŞ): Ustari, Veyqandt, Falkon, Allen (Aviles, 19), Alba, Redondo, Buskets, Alyende, Seqoviya (Kremaşi, 75), Messi, Suares.
Qollar: Neveş, 6 (1:0). Neveş, 39 (2:0). Aviles, 44-öz qapısına (3:0). Hakimi, 45+3 (4:0).
Vərəqələr: Aviles, 20. Veyqandt, 42. Suares, 74 – sarı.
Hakim: Vilton Sampayo (Braziliya). 
29 iyun. Atlanta. 65574 tamaşaçı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri