ÇL: Liverpul son dəqiqələrdə sevindi, İnter və Bayern Münhen dən inamlı qələbə
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən ilk tur çərçivəsində bu gün daha 6 oyun keçirilib.
Gecənin mərkəzi oyunları Fransa, İngiltərə və Almaniyada baş tutub. ÇL-in son qalibi PSJ doğma meydanda "Atalanta"nı, İngiltərə çempionu "Liverpul" "Atletiko Madrid"i, "Bayern Münhen" isə "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"ni məğlub edib.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Benfika" üzərində möhtəşəm qələbə (3:2) qazanaraq qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk zəfərini əldə edib.
ÇL-in ilk turuna 18 sentyabrda yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr
"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) 0:0
"Slavia" (Çexiya) – "Budyo-Qlimt" (Norveç) 2:2
Qollar: Embodji, 23,74. - D.Bassi, 78. S.Fet, 90.
PSJ (Fransa) - "Atalanta" (İtaliya) 4:0
Qollar: Markinyos, 3. Xviça Kvaratsxeliya,39. N.Mendeş, 51. Q.Ramuş, 90+1.
"Ayaks" (Niderland) – "İnter" (İtaliya) 0:2
Qollar: M.Türam, 42,47.
"Liverpul" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya)
Qollar: Robertson, 4. M.Salah, 6. Vircil van Deyk, 90+2. - M.Llorente, 45+3, 81.
"Bayern Münhen" (Almaniya) - "Çelsi" (İngiltərə)
Qollar: T.Çalobao (öz qapısına), 20. H.Keyn, 27-pen, 63. - K.Palmer, 29.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Sentyabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















