Icma.az
close
up
RU
CNN arqumetlər gətirdi: Tramp və Zelenski görüşü Putin üçün də faydalı idi

CNN arqumetlər gətirdi: Tramp və Zelenski görüşü Putin üçün də faydalı idi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İlk baxışdan bu, ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutan ən yaxşı təkbətək görüşlərdən biri idi. 

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu, liderlərin il ərzində altıncı görüşü idi. Bu müddət ərzində iki ölkə arasındakı münasibətlər qırılma həddinə çatmışdı və mütəmadi olaraq bərpa olunmağa ehtiyac duyurdu.


Görüşün atmosferi: "Febral təhqiri"ndən sonra yumşalma

Zelenski bu dəfə kostyumda idi – həmin o ciddi, qara "kompromis" geyimində ki, onu oktyabrda Ağ Evdə də geyinmişdi. Tramp görüşü "möhtəşəm" adlandırdı və Zelenskidən yeməklərin onun və "kastinqdən çıxmış aktyora bənzəyən" generalının (Aleksandr Sırski nəzərdə tutulur) xoşuna gəlib-gəlmədiyini soruşdu.

Nəşr qeyd edir ki, vəziyyət bəzi anlarda narahatlıq yaratsa da, bu, fevralda Oval Ofisdə Ukrayna liderinin məruz qaldığı açıq təhqirlərdən uzaq idi.


Putinin xeyrinə olan məqamlar: Ərazilər üzərində təzyiq

Lakin nəzakətli rəftarın arxasında ABŞ prezidentinin ritorikası göstərir ki, onun danışıqlardakı əsas mövqeyi hələ də Kiyevə təzyiq etmək və Moskvanı sakitləşdirmək üzərində qurulub.

Ən çətin məsələ olan ərazilərə gəlincə, Tramp ehtimal edib ki, torpaqlar onsuz da yaxın aylarda "işğal oluna" bilər. Buna görə də o, Ukraynanın sazişi indi bağlamasının daha yaxşı olacağını vurğulayıb.

CNN-in maraqlı müşahidəsi: Trampın bu ifadəsi Kremlin köməkçisi Yuri Uşakovun sözləri ilə heyrətamiz dərəcədə oxşardır. Uşakov hələ görüşdən əvvəl Putinin Trampla telefon danışığında dediklərini belə ifadə etmişdi: "Cəbhədəki vəziyyəti nəzərə alaraq, Ukrayna rejimi üçün Donbasla bağlı bu qərarı yubanmadan qəbul etmək ağlabatan olardı".


Referendum və 60 günlük atəşkəs şərti

Ukrayna ərazi güzəştləri müzakirəsinə daha açıq görünsə də, Zelenski dəqiq bildirdi ki, torpaqlardan imtina və ya status dəyişikliyi üçün ümumxalq referendumu keçirilməlidir. O vurğuladı ki, belə bir referendum ən azı 60 günlük müvəqqəti atəşkəs olmadan mümkün deyil.

Gələcək addımlar: İşçi qrupları, yoxsa vaxt itkisi?

2026-cı ilə az qalmış diplomatik proseslər sürətlənib:

•Yanvarın əvvəlində Parisdə "İstəklilər koalisiyası" toplanacaq.

•Vaşinqtonda Trampın iştirakı ilə növbəti sammit planlaşdırıla bilər.

•Tramp administrasiyası bir neçə işçi qrupunun yaradılmasını təklif edib və bu ideya Moskva tərəfindən də dəstəklənib.


Ekspert rəyləri:

•Arina Lutseviç (Chatham House): "Ukrayna üçün Tramp uğrunda mübarizə hələ uduzulmayıb. Liderlər görüşür, danışıqlar davam edir".

•Boris Bondarev (keçmiş rus diplomatı): "Əgər nəyisə qeyri-müəyyən müddətə təxirə salmaq istəyirsinizsə – bir neçə işçi qrupu yaradın".


Təhlükəsizlik zəmanətləri: 15 yox, 50 il?

Məlum olub ki, sülh planında Ukrayna üçün 15 illik təhlükəsizlik zəmanətləri nəzərdə tutulur. Lakin Zelenski Trampa bildirib ki, müharibə artıq onsuz da bu qədər vaxtdır davam edir, buna görə də Ukrayna 50 illik zəmanət tələb edir.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri