Icma.az
close
up
RU
CNN: İran hücumları dayandırarsa, İsrail atəşkəslə razılaşar

CNN: İran hücumları dayandırarsa, İsrail atəşkəslə razılaşar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

İsrail İranla atəşkəsə razılaşıb, bir şərtlə ki, Tehran İsrailə zərbə endirməkdən çəkinsin.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin sözçüsünə istinadla məlumat yayıb.

Telekanalın mənbəsinin sözlərinə görə, İran belə şərtlərlə razılaşır.

ABŞ administrasiyasının rəsmisi aydınlaşdırıb ki, razılığa gəlməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb. Eyni zamanda, vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa və dolayı kanallar vasitəsilə şərtləri müzakirə ediblər.

Ağ Ev bildirir ki, razılaşma yalnız ABŞ-ın İranın Natanz, Fordo və İsfahana zərbələri nəticəsində mümkün olub.

Bu arada Netanyahu təhlükəsizlik məsələləri üzrə kabinet iclasını çağırıb.

“The Jerusalem Post” yazır ki, Netanyahu nazirlərdən görüşdən sonra ictimaiyyətə açıqlama verməkdən çəkinmələrini istəyib.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyindəki mənbələr qəzetə bildiriblər ki, İsrail İrana qarşı əməliyyatı “yaxın günlərdə” başa çatdırmaq niyyətindədir.

Daha əvvəl Tramp İsrail və İran arasında tam atəşkəs barədə razılığın əldə olunduğunu açıqlamışdı.

Hələ ki, İran və İsrail hakimiyyət orqanlarından atəşkəs razılaşmasının əldə olunduğuna dair heç bir rəsmi təsdiq yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri