CNN : İranın hələ də minlərlə PUA və qanadlı raketləri var
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikanın kəşfiyyat icması hesab edir ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İran əhəmiyyətli raket və pilotsuz uçuş aparatı hücum imkanlarına malikdir.
"Report" "CNN"ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat agentlikləri İranın raket buraxıcılarının təxminən yarısının salamat qaldığını təxmin edirlər.
Bundan əlavə, Tehranın hələ də pilotsuz uçuş aparatlarının (PUA) təxminən 50%-nə sahib olduğu deyilir. İran sahillərində yerləşdirilən qanadlı raketlərinin əhəmiyyətli bir hissəsi də məhv edilməyib.
Bu məlumatlara görə, qalan resurslar İrana həm raketlərdən, həm də PUA-lardan istifadə edərək zərbələr endirməyə davam etməyə imkan verir.
Xatırladaq ki, 31 martda İslam İnqilabı Keşikçiləri Korpusu İranın strategiyasının İsrail və ABŞ-ın hərbi potensialını mümkün qədər tükətmək olduğunu bildirmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 03 Aprel 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















