CNN: Mask Trampın seçki kampaniyasına 260 milyon dollar xərcləyib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
SpaceX-in qurucusu İlon Mask ABŞ prezidentliyi yarışı zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN Federal Seçki Komissiyasının sənədlərinə istinadən xəbər verir.
Belə ki, SpaceX-in yaradıcısı prezidentlik kampaniyasının ən böyük siyasi sponsorlarından birinə çevrilib və builki seçkilərin nəticələrinə çox böyük təsir göstərib.
ABŞ-nin yeni seçilmiş prezidenti Tramp daha əvvəl bəyan etmişdi ki, Mask, eləcə də iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni departamentə rəhbərlik edəcək. Tramp bildirib ki, yeni qurum Ağ Ev və onun İdarəetmə və Büdcə Ofisi ilə birgə genişmiqyaslı struktur islahatları həyata keçirəcək.
Baxış sayı:136
Bu xəbər 06 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















