Icma.az
close
up
RU
CNN necə saxta xəbər ruporuna çevrildi?

CNN necə saxta xəbər ruporuna çevrildi?

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın ən böyük xəbər brendlərindən biri kimi təqdim olunan CNN son illərdə ard-arda gələn qalmaqallar, geri çəkilən materiallar və düzəldilən xəbərlərlə yenidən gündəmdədir. 

Bir zamanlar “qlobal jurnalistikanın siması” kimi göstərilən kanal indi daha çox etimad mübahisələrinin mərkəzi kimi müzakirə olunur.

Son illər CNN qlobal həssas məsələlərdə mövzuların işıqlandırılmasını dürüst məlumatlarla deyil, sifarişli narrativlər və təhrif olunmuş məlumatlar çərçivəsinə uyğunlaşdırmaqla saxta xəbər istehsal edir. Bunun ən qalmaqallı nümunəsi kimi 2017-ci ildə CNN-in ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlaqələrinə dair paylaşdığı məlumatları göstərə bilərik.

Ölkənin beynəlxalq nüfuzuna təsir göstərə biləcək bu dezinformasiyanın hədəfi sadəcə Donald Tramp deyil, ABŞ dövlət institutlarının dayanıqlılığı, demokratik sisteminin etibarlılığı oldu. Daha sonra CNN-in geri silməyə məcbur qaldığı materialda Rusiya ilə əlaqələrə dair irəli sürülən iddiaların guya redaksiyanın üç jurnalistin sifarişli yazıları olması arqument olaraq göstərildi. 

Demokrat partiyasına yaxınlığı ilə seçilən CNN respublikaçı prezidentə böhtan atmaq məqsədi ilə uzun illər boyunca dünyaya güclü demokratik institutlara, sabit siyasi sistemə və xarici müdaxilələrə qarşı dayanıqlı dövlət mexanizmlərinə malik ABŞ kimi dövlətini seçki proseslərinə xarici təsir imkanları ilə idarə olunduğu görüntüsü yaratdı.

İddiaya görə dünyanın ən güclü siyasi, hərbi və texnoloji imkanlarına malik dövlətlərindən biri kimi ABŞ xarici informasiya əməliyyatları qarşısında aciz vəziyyətdə imiş. Bu iddia yalnız daxili siyasi proseslərlə kifayətlənmədi, beynəlxalq auditoriyada ABŞ institutları haqqında təsəvvürlərə ciddi təsir göstərə bildi. Çünki ABŞ uzun illər digər ölkələrdə seçki təhlükəsizliyi, demokratik institutların qorunması və xarici müdaxilələrin qarşısının alınması məsələlərində nümunə kimi təqdim olunurdu. 

Həm ABŞ-də, həm də qlobal media və siyasi mühitdə Vaşinqtonun demokratik institutlarının möhkəmliyi barədə sualların meydana çıxmasına səbəb olurdu. Bu bir nümunə idi ki, informasiya müharibələri dövründə dövlətlərin gücü yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Dövlətin siyasi sisteminə ictimai inam yaradan, seçki institutlarının legitimliyi və cəmiyyətin demokratik proseslərə etimadı dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu baxımdan, CNN-in ABŞ seçki prosesləri ilə bağlı təhrif olunmuş məlumatları geniş auditoriyaya çatdırılması ABŞ dövləti üçün strateji reputasiya riskləri yaratdı.

Ölkə daxilində qalmaqalların nümunəsi kimi CNN-in COVID-19 pandemiyası dövründə ABŞ da ictimai etimadın sındırılmasına yönəlik fəaliyyətini nümunə çəkə bilərik. COVID-19 pandemiyası təkcə səhiyyə sistemlərini deyil, həm də informasiya məkanını ağır sınaq qarşısında qoymuşdu. Pandemiya dövründə təhlükəsizlik anlayışı yalnız xəstəxanalar, vaksinlər və tibbi avadanlıqlarla məhdudlaşmırdı. 

Virusun sürətlə yayılması, milyonlarla insanın həyatına təsir göstərməsi və dövlətlərin fövqəladə qərarlar qəbul etməsi nəticəsində media qurumları qlobal təhlükəsizlik sisteminin mühüm elementlərindən birinə çevrildi. Belə bir şəraitdə yayımlanan hər xəbər, hər ekspert rəyi və hər statistika ictimai davranışa, sosial sabitliyə və dövlətlərin böhran idarəetmə imkanlarına birbaşa təsir göstərirdi.

Dövlətlər üçün əsas problemlərdən biri də informasiya mühitinin idarə olunması idi. Çünki qorxu, panika və qeyri-müəyyənlik şəraitində yayılan hər bir məlumat iqtisadi davranışlara, istehlak bazarına, maliyyə sisteminə və hətta ictimai asayişə təsir göstərdi. Məhz belə bir şəraitdə CNN pandemiyanın təhlükələrini həddindən artıq vurğulamaqda farmaseptik şirkətlərin maraqlarını naminə birtərəfli qaydada təbliğat aparmaqda, onların maraqlarını təbliğ etməkdə ittiham olundu.

CNN-in fəaliyyəti COVID-19 pandemiyası dövründə informasiya təhlükəsizliyi və ictimai etimad prizmasından yalan və təhrif olunmuş məlumatları istehsal edən media kimi yadda qaldı. CNN-in daha bir qalmaqalı isə 2021-ci ildə ABŞ və müttəfiq qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı yaranmış xaosun işıqlandırılması zamanı baş verdi. 

Beynəlxalq medianın ən çox işıqlandırdığı mövzulardan biri də bu idi. CNN tərəfindən yayımlanan reportajlardan biri sonradan kanalın jurnalist standartları ilə bağlı ciddi mübahisələrə səbəb oldu və “Zaxari Younq işi” kimi tanındı. Zaxari Younq Əfqanıstanda qalan şəxslərin və ailələrin təxliyəsinə yardım göstərən təhlükəsizlik və logistika sahəsində çalışan məsləhətçi idi. CNN-in reportajında onun fəaliyyəti müharibə və humanitar böhran şəraitində insanların çətin vəziyyətindən maddi qazanc əldə etmək kontekstində təqdim edilmişdi.

Bu, o demək idi ki, yaranmış xaosda ABŞ onlarla əməkdaşlıq etmiş yerli şəxslərin taleyi və təhlükəsizliyini nəyinki qorumamış, əvəzində ABŞ ordu və logistik şirkətlərinin nümayəndələri tərəfindən qazanc mənbəyi olaraq istifadə olunmuşdu. Younq isə bu ittihamları rədd edərək CNN-ə qarşı məhkəmə iddiası qaldırmış və nəticədə CNN üzr etmiş və təkzib bəyanatı vermişdir. Məhkəmə CNN-in təqdim etdiyi məlumatları kontekstdən çıxardığını, Younqın fəaliyyəti barədə yanlış təsəvvür formalaşdırması və nəticədə peşəkar reputasiyasına ciddi zərər vurmasını təsbit etmişdi.

Məhkəmə prosesində CNN-in daxili yazışmaları və redaksiya qərarları da müzakirə mövzusuna çevrildi və aydın oldu ki, CNN təqdim olunan faktları məqsədli şəkildə təhrif edib. Zaxari Younq işi son illərdə CNN ətrafında yaranmış ən mübahisəli media qalmaqallarından biri hesab olunur.

Bu hadisə göstərdi ki, informasiya müharibələrinin və sürətli xəbər dövriyyəsinin hökm sürdüyü müasir dövrdə hətta nüfuzlu beynəlxalq media qurumları belə məlumatların qəsdən təhrif etməklə sensasiya xətrinə və ya məqsədli şəkildə ABŞ dövlətinin maraqlarına ziyan vurub.

CNN-in dezinformasiyalarından ən çox əziyyət çəkən, dağıntılar görən regionlardan biri heç şübhəsiz ki, Yaxın Şərqdir. İsrail-HƏMAS müharibəsinin ilk günlərindəki məlumatlar CNN qlobal səviyyədə informasiya çirkliliyi yaratdı. CNN sistemli dərc etdiyi bir-birini təkzib edən məlumatlarla müxtəlif cəbhələrin maraqlarının lehinə və əleyhinə dezinformasiyalar tirajladı.

2023-cü il münaqişəsi göstərdi ki, dövlətlərarası müharibələr artıq yalnız hərbi sahədə deyil, eyni zamanda narrativ nəzarəti uğrunda rəqabət mühitində də aparılır. Sosial media platformalarında yayılan görüntülər, təsdiqlənməmiş iddialar və emosional kontentlər həm ictimai psixologiyanı, həm də beynəlxalq qərar qəbuletmə proseslərini formalaşdırırdı. Lakin CNN-in ən böyük dezinformasiyası 2003-cü ildə İraqa qarşı başladılan hərbi əməliyyatların əsas arqumentlərindən biri Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olması haqqında iddianın irəli sürməsi idi.

Düzdür, bu informasiya ABŞ administrasiyasının kuluarlarından sızdırılsa da, CNN qlobal səviyyədə bu məsələnin region üçün deyil, bütün dünya üçün ciddi risk yaratması haqqında sistemli dezinformasiya kampaniyaları apardı. Müharibədən əvvəlki aylarda CNN televiziyasında ABŞ rəsmilərinin bu istiqamətdə açıqlamaları, təhlükəsizlik ekspertlərinin şərhləri və saxta kəşfiyyat məlumatları əsaslanan qiymətləndirmələr geniş yer alırdı.

Məhz CNN media təbliğatı ilə bu saxta arqument qısa müddətdə beynəlxalq siyasətin əsas mövzularından birinə çevrildi. Milyonlarla insanın həyatına, regional sabitliyə və beynəlxalq təhlükəsizlik sisteminə təsir göstərən İraq müharibəsinin saxta informasiya ruporu kimi CNN media tarixində dezinformasiya təbliğ edən qurum kimi yadda qaldı.

Yeganə Hacıyeva,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri