CNN: Netanyahu Trampdan Qəzzada yeni əməliyyat üçün razılıq almağa çalışacaq
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
"Report" xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.
"Ən çox siyasiləşdirilən məsələ Qəzza olaraq qalır: Tramp sülh sazişinin növbəti mərhələsində irəliləyiş istəyir, Netanyahu isə daha çox güzəştlərə müqavimət göstərən sağçı koalisiyasının təzyiqi ilə üzləşir. İsrail mənbələri ehtimal edir ki, Netanyahu atəşkəsin davam etdirilməsinə razılıq verməzdən əvvəl Qəzzada yeni əməliyyata icazə almağa çalışacaq. Bu, daha sonrakı kompromislərdən əvvəl tərəfdaşlarını razı salmaq üçün güc nümayişi olacaq", - telekanal bildirib.
Həmçinin, mənbələr Netanyahunun qarşılıqlı öhdəliklər təklifini irəli sürəcəyini ehtimal edirlər. Belə ki, Qəzza üzrə sazişin həyata keçirilməsi İrana və ya Livana münasibətdə İsrailin təhlükəsizlik zəmanətləri ilə əlaqələndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















