Icma.az
close
up
RU
CNN Türk: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və...

CNN Türk: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda doğum səviyyəsi aşağı düşür, ölkənin əhalisinin sayı azalır, bu amillər iki böyük qonşusu - Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı qalan dövlət üçün yeni böhranların müjdəçisidir.

SİA xəbər verir ki, bu barədə “CNN Türk” telekanalının Ermənistandakı vəziyyətə həsr olunmuş şənbə reportajında deyilir.

Reportajda diqqət Ermənistanda “əhalinin rifahına təsir edən və etirazlar üçün potensial təkan olan” iqtisadi inkişafın aşağı səviyyəsinə çəkilir. “Müasir Ermənistanda ciddi investisiyalar və ya sənaye potensialı yoxdur”, - deyən Türkiyə telekanalı Ermənistanı “ticarət potensialı zəif və blokadada olan ölkə” adlandırır.

“Bugünkü Ermənistan 1915-ci il qondarma “soyqırımı” ilə bağlı iddialar spiralından çıxa bilmir. Üç milyon əhalisi olan respublikanın inkişafı üçün diasporun dəstəyi yetərli deyil, türklər və ermənilər arasında həqiqi sülhün mümkünlüyü məsələsi müzakirə mövzusu olaraq qalır”, - deyə Türkiyə və Ermənistan ekspertlərinin dialoq perspektivləri ilə bağlı fikirlərinə istinad edilən reportajda vurğulanır.

Telekanal əsas diqqəti rəsmi Ankaranın nümayəndələrinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin Bakı ilə İrəvan arasında dialoqla bilavasitə bağlı olması barədə bəyanatlarına yönəldir.

Reportajda qeyd olunur: “Türkiyə ilə Ermənistan arasında dialoq normallaşma üçün yetərli deyil. İkinci Qarabağ müharibəsinin nəticələri fonunda regionda mövqeləri möhkəmlənən Azərbaycan da önəmlidir. Bölgədəki geosiyasi vəziyyət Bakının xeyrinə dəyişir, İrəvan isə tək qalır”.

Türkiyə telekanalı azərbaycanlıların Qərbi Azərbaycandakı tarixi torpaqlarına qayıtması mövzusuna xüsusi diqqət yetirir: “Türk arxiv mənbələrində İrəvanın tarixi adı Rəvandır”. “CNN Türk” 1760-cı illərdə tikilmiş məscidin görüntülərini izləyicilərə nümayiş etdirərək bildirir ki, tarixi Göy Məscid İrəvanda qalan yeganə məsciddir. O, İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib.

“Bu gün məscidin faktiki istifadə olunmayan 4 minarəsindən yalnız biri salamat qalıb. Şəhərin tarixi türk irsi məkanlarından biri olan məscidə giriş gündə 6 saatla məhdudlaşdırılıb", - deyə reportajda diqqətə çatdırılır.

Telekanal Ermənistanın üzləşdiyi iqtisadi və siyasi çağırışlara diqqət yetirərək soruşur: “İrəvan regionda əlaqələri normallaşdırmaq üçün tarixi şansı əldən verəcəkmi?”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri