Co Bayden rəsmi tədbirdə yenə yatdı
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Co Bayden Afrika liderləri ilə görüş zamanı gözlərini bir dəqiqədən çox yumaraq yuxuya gedib.
Missiya.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
82 yaşlı ABŞ prezidenti Anqola prezidenti, Zambiya və Konqo Demokratik Respublikasından olan həmkarlarının iştirak etdiyi Anqola sammitində yorğun görünüb və boğunuq danışıb. Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı isə o, gözlərini yumub və əli ilə üzünü örtərək yuxuya gedib.
Qeyd edək ki, bu, birinci hal deyil ki, Co Bayden rəsmi tədbirlərdə yuxulayır. Mütəxəssislər bunu Baydenin gərgin iş qrafiki və yaşı ilə əlaqədar fiziki imkanlarının gərginliyə tab gətirə bilməməsi ilə əlaqələndirirlər.
Elcan
Missiya.Az
Baxış sayı:133
Bu xəbər 05 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















