Co Baydenin oğlu ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşula bilər
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden ölkənin ali dövlət postu uğrunda mübarizəyə qoşula biləcəyini istisna etməyib.
Moderator.az "New York Post" nəşrinə istinadən xəbər verir ki, o, radiojurnalist Con Katsimatidisə müsahibəsində asılılıqdan əziyyət çəkən insanların maraqlarını təmsil edə biləcəyini bildirib.
"Əgər sizin dəstəyinizi qazansam, ola bilsin ki, seçkidə iştirak etmək məcburiyyətində qalacağam", - deyə kiçik Bayden siyasi ambisiyaları ilə bağlı sualı cavablandırarkən bildirib.
Narkotik asılılığından əziyyət çəkdiyini daha əvvəl açıq şəkildə etiraf edən keçmiş prezidentin oğlu potensial tərəfdarlarının auditoriyasını da açıqlayıb. O, hələ də asılılıqdan əziyyət çəkən 50 milyon amerikalının taleyindən narahat olduğunu bildirib.
Hanter Bayden 2019-cu il iyunun 1-dən etibarən narkotik istifadə etmədiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















