Icma.az
close
up
RU
“Çoban” fəlsəfəsi ilə qurulan milyard dollarlıq brendin uğur hekayəsi

“Çoban” fəlsəfəsi ilə qurulan milyard dollarlıq brendin uğur hekayəsi

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən böyük dəyişikliklər nə böyük sərmayə ilə, nə də iri korporasiyalarla başlayır - sadə bir ideya, güclü bir inam və məqsədə sadiq bir insan milyonlarla həyatın axarını dəyişə bilir. 

Ölkə.Az belə nümunələrdən biri olan, Hamdi Ulukayanın hekayəsini araşdırıb. 

Hamdi Ulukaya – "Chobani” yoqurt imperiyasının qurucusu

Bəli, bu ifadə metaforik olsa da, Hamdi Ulukaya özü "Chobani" adının türk dilindəki "çoban" sözündən götürüldüyünü açıq şəkildə bildirib və bu seçim təsadüfi deyil. 

 O "​​​​​çoban" sözünü sadəlik, təbiilik, zəhmət, məsuliyyət və istiqamətverici liderlik anlayışları ilə bağlayır.

Hamdi Ulukaya – sadə bir çoban ailəsində dünyaya gələn, lakin milyonların etibar etdiyi bir qida brendinin yaradıcısına çevrilən miqrant sahibkar. Onun hekayəsi təkcə biznes uğuru deyil, həm də insan yönümlü liderliyin gücünü göstərən nadir nümunələrdəndir.

"Chobani"nin doğuluşu: bir fabrikin dirçəlişi

2005-ci ildə ABŞ-ın Nyu-York ştatında yerləşir və iflas etmiş bir yoqurt fabrikinin satışa çıxarıldığını görür. Böyük şirkətlər maraqlanmasa da, Ulukaya bu fürsəti görür. Bankdan aldığı 1 milyon dollar kreditlə fabriki satın alır və sadəcə beş nəfərlik bir komanda ilə "Chobani" markasını qurur.

Şirkətin adı türk dilində "çoban" mənasını verən sözə əsaslanır və bu da onun kənd həyatına və sadə köklərinə olan bağlılığını simvolizə edir.

Sürətli yüksəliş və bazar liderliyi

2007-ci ildə ilk məhsullar satışa çıxarıldı. Süni əlavəsiz, təbii və dadlı yunan yoqurtu ABŞ bazarında tezliklə diqqət qazandı. Ulukaya ənənəvi reklama milyonlar xərcləmək əvəzinə, pulsuz dadım kampaniyaları ilə istehlakçını birbaşa məhsulla tanış etdi.

Bu yanaşma uğur gətirdi. 2012-ci ilə qədər "Chobani", ABŞ-da yoqurt bazarında birinci yerə yüksəldi. Hazırda şirkət ildə təxminən 2 milyard ABŞ dolları gəlir əldə edir və 2.000-dən çox əməkdaşı var.

Mülkiyyət və şəxsi sərvət

Hamdi Ulukaya bu gün də "Chobani"nin təxminən 75%-lik səhmdarı olaraq qalır. Qalan hissə bir neçə investor arasında bölünüb. "Forbes" məlumatına görə, 2023-cü ilin sonuna onun şəxsi sərvəti 1,8 milyard dollara yaxın olub.

O, "Chobani"ni ictimai şirkətə çevirməməkdə qərarlıdır. Onun fikrincə, sərbəst sahibkarlıq modeli şirkətin sosial dəyərlərini qorumağa və insan yönümlü qərarlar verməyə imkan verir.

Sosial məsuliyyət: sərvətlə dəyər yaratmaq

Ulukaya sadəcə məhsul satmaqla kifayətlənmir - o, insanlara dəyər verməklə biznes fəlsəfəsini qürur:

Şirkət gəlirlərinin 10%-ni xeyriyyə layihələrinə ayırır.

Hal-hazırda "Chobani"də 300-dən çox qaçqın işlə təmin olunub.

2016-cı ildə işçilərinin 10%-nə şirkət səhmləri bağışladı.

O, "The Giving Pledge" təşəbbüsünə qoşularaq, sərvətinin əhəmiyyətli hissəsini insanlara dəstək üçün sərf edəcəyini bəyan edib.

2015-ci ildə "Tent Foundation" adlı təşkilat yaratdı. Məqsədi - bizneslərin qaçqınlara və məcburi köçkünlərə daha çox dəstək verməsini təşviq etməkdir.

Ulukaya deyir: "Mən inanıram ki, biznes sadəcə mənfəət üçün yox, yaxşılıq üçün də bir güc ola bilər". // Valyuta.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri