Icma.az
close
up
RU
ÇOBAN MƏSULİYYƏTİ Fazil Mustafa yazır…

ÇOBAN MƏSULİYYƏTİ Fazil Mustafa yazır…

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Cəhalət yalnız dini inanclarla bağlı fenomen deyil. Tarix şüuru, sosial narazılıq, siyasi düşüncə əgər motiv olaraq cahillik üzərindən yol alırsa, onu durdurmaq sonra çox çətin olur.

Bizim yaşadığımız, anladığımız din yüzillərdir ağırlıqlı olaraq sümükləşmiş xurafat, cəhalət və nadanlıq təməli üzərindədir.

Azərbaycanda Quran adından bəhs edən yüzlərlə publik çıxış dinləyə bilərsən, ancaq İslam inancı adına yaşananların bir qisminin bu Kitabla əlaqəli olduğunu söyləmək mümkün deyil. Adətlər, rituallar, pirlər, nəzirlər, insan-bütlərə səcdələr elə yüz illər öncəki kimidir. Dünyəvi dövlətin nemətlərindən bəhrələnərək yarımçıq və ideoloji savad almış birilərinin içində də hər an xortlaya biləcək xurafat virusu özünü hiss etdirməkdədir. 19-cu əsr və onun gerisində qalan kitabsız qaranlığımızın həsrətini yaşayan insan çoxluğu ilə 21-ci əsrdə addımbaşı rastlaşmaqdayıq. Eyni durum tarix şüurunun eybəcər mahiyyət almasında da özünü göstəməkdədir. Bu millət üçün başdan-başa yeni dəyərlər sistemi yaradan Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin bu xalqın qaranlıq keçmişini, inanc cəhalətini darmadağın edərək çağdaşlığa yönəltmə missiyası artıq unudulmaqdadır. Bəzən dövlət televizayaları, media platformaları belə bu missiyanın unutdurmağa çalışdığı qaranlıq keçmişi təbliğ etməkdədirlər. Sanki Mirzə Fətəlidən öncə ana dilində modern teatrımız, bədii mətnimiz, yeni əlifbamız, teokratik ehkamlardan təmizlənmiş fəlsəfi düşüncəmiz, gülüşümüz, dövlətlərimiz, imperiyalarımız  aşıb-daşırdı və bu aydınlarımız da mənasız yerə ömürlərini aydınlıq yolunun açılmasına sərf etmişlər. Sanki Məhəmməd Əmin Rəsulzadədən öncə bizə o qədər ibrətlə yaşanacaq dövlətlər qurmuşlar və biz də indi-indi ayılıb Mirzə Cəlilin qaranlıq gördüyü Azərbaycan dünyasını yenidən işıqlı görməyə başlamışıq.

Yazarı deyir ki, gərək Təbriz düşüncəsi həyatımıza hakim olardı, Bakının istiqlal günəşi içimizi iyrəndirir. İndi siz Təbriz dumanından qurtulmamış Azərbaycanı bir anlıq təsəvvürünüzə gətirin. Hansı tərəqqi deyilən nəsnəmiz varsa məhz Təbrizin xurafat dumanından qurtuluşumuzla yaranmış. Həsən bəyin “Əkinçi” qəzetinə 1875-ci ildə Bakının qubernatoru Dmitri Staroselski dəstək vermiş. Mirzə Fətəlinin komediyalarının yazılmasına yenə də Qafqaz canişini Vorontsov dəstək vermiş. Qori müəllimlər seminariyasının müsəlman bölümü isə Çernyayevskinin təşəbbüsü ilə açılmış. Təbrizdə hansı din xadimi modern məktəb açılmasının və ana dilinin yayılmasının təşəbbüskarı olmuş? Rüşdiyyə məktəblərindən tutmuş digər məktəblərin də bağlanması məhz bu din adamlarının basqıları ilə gerçəkləşmiş! İndi özlərini modernitənin bayraqdarı kimi cəmiyyətə təqdim edənlər deyirlər ki, bizim ən böyük dəyərimiz cəhalətə qarşı savaş açan barmaqla sayılacaq alimlərimiz, aydınlarımız deyil, xurafatı bəlağətli şəkildə topluma yeridən müasir mollamızdır.

İslamçısı Məhəmmədin, Quranın üzərindən adlayıb İslam tarixindən seçdiyi bütlərə aşiqliyi ən böyük mərifət kimi təqdim edir. Millətçisi bu xalqa dövlət qurmuş Məhəmməd Əmin Rəsulzadənin üzərindən adlayıb tarix boyu ağıllı başımızın məhz qızılbaş olduğuna şəhadət gətirir. Böyük bir danabaş sürüsü Üzeyir bəyin üverterası yerinə məchul bir dini-ideoloji ritm altında feyziyab olduğunu göstərməyə çalışır. Bu cahilliyin, nadanlığın, xurafatın, mövhumatın təbliği ilə addım-addım babalarımızın model olaraq bizə əmanət etdiyi çağdaş Cumhuriyyəti dəyər olaraq gözümüzdən salmağa çalışırlar.

“Ancaq biz varıq axı!” deyə biləcək səslərin ucalmasını gözləmək də bir çarə deyil. Doğruları israrla, böyük iradə ilə cəmiyyətin feodal gürühunun qarşısına dikilib söyləməliyik, danışmalıyıq, hayqırmalıyıq. Ana Yasamızda qırmızı xətlə keçən dünyəvi və unitar dövlətimizi öncə bu saxta din qoruyucularından, millət qoruyucularından, tarix qoruyucularından, dövlət qoruyucularından qorumaq lazımdır.

Bəli, biz müsəlmanıq və istinad yerimiz kitabımız Qurandır. Ondan kənarda hər kəsin uydurduğu bir şeyi din olaraq görəcəyiksə bundan sonrakı inanc həyatımız da bütün uydurmalara açıq olacaqdır. Din qoruyucularının basqılarına görə dinimizin mənbəyi olan Qurana geri dönüş etmək artıq mümkünsüz hala gəlmiş.

Biz türkük və Azərbaycanda yaşayan bizim can qardaşlarımız olan talışlarla, ləzgilərlə, kürdlərlə, tatlarla və s. xalqlarla birlikdə öz müstəqil dövlətimizi qurmuşuq. Yəni bu dövləti öz yanlışlarımız, öz məsuliyyətsizliyimiz olmazsa kimsə əlimizdən ala bilməz. O halda bu yanlışları söyləyən, tarixdən üzü bəri bizi izləyən boşluqlarımızı göstərən düşüncə adamlarına qarşı nədir bu qaragüruçuluq, nədir bu saxta vətənpərvərlik melodiyaları? Artıq erməniyə də qalib gəldik, bundan sonra özümüzlə, öz boşluqlarımızla, tarixi yalanlarımızla, məişət yanlışlarımızla məşğul olub onları düzəltməyə səfərbər olmağımızın nəyi pisdir?

Açıq söyləyirəm, hansı şəkildə olursa olsun, hansı titulda olursa olsun, hansı platformadan olursa olsun, cəhaləti, xurafatı təbliğ edənlər, ona özünü təslim edənlər bu xalqa ən böyük pisliyi edən insanlardır. Şəxsən mənim üçün öz sahəsinin hazırlıqlı mütəxəssisləri olsalar belə bu kimi şəxslərin görüşləri öz ciddiliyini itirmiş durumdadır.

Mən kənddə böyümədim, qoyunu, inəyi otlağa, örüşə heç vaxt aparmadım, ancaq ictimai-siyasi həyatın bütün sıxıntılarını, iztirablarını yaşamış bir Vətən övladı olaraq çoban məsuliyyəti deyilən anlayışı bu millətin cəhalətə qarşı savaşan aydınlarının, siyasətçilərinin yaşamından, yaradıcılığından, mübarizəsindən öyrəndim. Həmin şəxsiyyətlər cəhalət virusunun daşıyıcısı olan çoxluğa gücləri yetməsə də, onların bayağı mahnılarını oxumaqdan imtina etdilər və  yeni zamanın melodiyasını yaratdılar. Əslində çoban məsuliyyətinin bütün sirrinin çoban tütəyində olduğunu öyrəndim.

Təsir altına düşdükləri bizim varlığımızı həzm etməyən qonşu ölkələrin geostrateji məğlubiyyətlərinin qisasını sosial narazılıq, məzhəb təəssübkeşliyi, feodal tarixə məftunluq üzərindən qanaraq vəya qanmayaraq milli, çağdaş, dünyəvi Cumhuriyyətimizdən almağa çalışan diplomlu-diplomsuz minlərlə Azərbaycan vətəndaşlığını daşıyan şəxslər var. Onlar hər gün sosial şəbəkə üzərindən özlərini böyük bir güc olaraq göstərir, millətin aydınlıq sabahları üçün canını ortaya qoymuş aydınlarını kütləvi linç etməyə çalışırlar. Çoban məsuliyyətinin daşıyıcısı olan insanların susqunluğu onları cəsarətləndirən əsas amildir.

Bunun sınanmış bir yolu var: Mirzə Fətəli, Həsən Bəy, Mirzə Cəlil, Ağaoğlu, Məhəmməd Əmin bəy ağlı və casarəti ilə qaragüruhçuluğa rəğmən yolumuza öz melodiyamızla irəliləməliyik. Onlar üçün tariximizdə nümunə yox idi, bizim işimiz onlardan daha asan deyilmi? Üstəlik də arxamızda dünyada söz sahibi olan müstəqil dövlətimizin duruşundan böyük hansı güc ola bilər? Bu melodiya deyir ki, Şah Babamız çağdaş dünyəvi Azərbaycan dövlətindən başqası ola bilməz, öz millətimizdən başqasına aşıqliyimiz ola bilməz və nəhayət ki, cahilliyə yuvarlanmamaq üçün inancımızın kitabını ağlımızın süzgəcindən keçirərək iman əsasına çevirməkdən başqa yolumuz ola bilməz!

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri