Icma.az
close
up
RU
Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? Sahibkar detalları açıqladı Video

Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? Sahibkar detalları açıqladı Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

“Qafqazinfo”nun məlumatına görə, fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə “Xəzərxəbər”ə danışıb.

F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar.

Çobanlar işçiləri aldadaraq, heyvanları guya sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər: “Fevral ayı idi, işə gəldim, gördüm ki, qapı açıqdır. Mən hər gün qapını bağlayıb gedirəm. Qapının niyə açıq olması ilə maraqlananda isə öyrəndim ki, Kəmaləddin gecə heyvanları aparıb. Dedilər ki, Adildən icazə alıb. Zəng etdim Adil müəllimə, o da dedi ki, bu məsələdən xəbəri yoxdur. Baxdıq ki, buradan 8 baş heyvan aparıb. Zəng etdik Kəmaləddinə zəng çatmadı”. 

Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Çobanlar əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar:

“Kəmaləddini axtardıq, bizə cavab vermədi. Axşam saatlarında bizim zənglərə cavab verdi və dedi ki, pulum yoxdur. “Pulu nə etmisən” deyə soruşanda da cavab vermədi və telefonu söndürdü. Heyvanlara nəzarəti Ceyhuna həvalə etmişdik. Ceyhun özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Amma sonradan istintaqla məlum oldu ki, heyvanlar elə Ceyhunun əli ilə aparılıb. Onun bir neçə qohumu da burada çalışırdı və biz onlara əməkhaqqı ödəyirdik. Qardaşı Möhəbbət söz vermişdi ki, heyvanlar qayıdacaq. Amma biz yenə də Salyanda polisə müraciət etdik”. 

Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlifcinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxlanıldıqları yerdən tapılaraq geri qaytarılıb.

Sahibkar deyib ki, bu heyvanları bazarda satsalar, milyondan yuxarı qazanc əldə edərdilər. Hazırda onların istəyi dəyən ziyanın ödənilməsidir.

Şikayət əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.

Hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videomatrialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri