Icma.az
close
up
RU
Coca Cola İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır

Coca Cola İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.​

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd ​​edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək. SİA xəbər verir ki, Rəna Məmmədova bildirib ki, İsmayıllıda yeni zavodun tikilməsi Coca-Cola-nın Azərbaycana olan uzunmüddətli investisiya öhdəliyini nümayiş etdirir. Şirkətin İsmayıllıda yeni zavod açması həm bölgənin sosial-iqtisadi inkişafına, həm də digər təsərrüfat sahələri ilə əlaqəli dəyər zəncirinə müsbət təsir göstərəcək: “Bu zavod yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, həm də yerli istehsalın artırılmasına imkan verəcək. Yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarımız ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamımızı bir daha təsdiq edir. Bu onun göstəricisidir ki, ölkədə yerli və xarici sərmayəçilər üçün dayanıqlı iqtisadi mühit mövcuddur”.

Baş direktor onu da vurğulayıb ki, zavodun investisiya dəyəri 68 milyon manatdır:“Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 ha sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcəkdir”.

Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri