Icma.az
close
up
RU
Coca Cola istehsalını dayandıra bilər

Coca Cola istehsalını dayandıra bilər

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Sudanda davam edən müharibə səbəbindən dünya ölkələri "Coca-Cola"-sız qala bilərlər. Çünki məşhur içkinin əsas qatqısı sayılan şirniyyat, eləcə də zülal və kalsium qatığı məhz Sudandan gətirilir.
Reyting.az
xəbər verir ki, artıq neçə müddətdir Sudanda davam edən hərbi toqquşmalar digər ölkələrlə yanaşı ABŞ-nın da qida və kosmetika istehsalına təhlükə yaradıb.
Xatırladaq ki, "RSF" silahlıları Sudan ərazilərində döyüş əməliyyatları aparır. Bu isə soda və şokolad istehsalında əsas tərkib hissə kimi istifadə edilən, yerlilərin "ərəb saqqızı" adlandırdığı təbii məhsulu əldə etmək imkanını məhdudlaşdırıb.
Yapışqan ağacın şirəsi olan ərəb saqqızı hazırda dünyada istehlak məhsullarında və məişət brendlərində üzvi emulqator kimi istifadə olunur.
"Bloomberg" agentliyi yazır ki, ABŞ-nın soyqırım törətməkdə ittiham etdiyi Sudan milisləri tədarük zəncirinin əsas hissələrini nəzarətə götürüb. Üstəlik, "Coca-Cola"-da istifadə edilən bu nadir inqrediyentin 70 faizi Sudanda istehsal olunur.
Ərəb saqqızı əsasən "RSF" qoşunlarının idarə etdiyi Sudanın cənub ərazisindəki böyük sahədə, 200.000 kvadrat mil qum kəməri boyu yetişən milyonlarla akasiya ağacı istehsalının əsasını təşkil edir.
Avropadakı, eləcə də ABŞ-dakı şirkətlərə ildə təxminən 4000 ton məhsul ixrac edən və Sudanda yetişdirilən ərəb saqqızının ticarəti ilə məşğul olan "Albakry Factory for Packing & Preparing" şirkətinin təmsilçisi Maysara Elavad dünya şöhrətli bu brendi gözləyən təhlükədən danışıb:
"Əgər belə getsə və ərəb saqqızı da yoxa çıxsa, "Coca-Cola" formulası fəaliyyətini dayandıracaq. Bu isə o deməkdir ki, artıq həmin içki "Coca-Cola" olmayacaq".
"Coca-Cola"-nın hazırlanmasında istifadə olunan bu təbii emulqator əsasən Sudan ərazisindəki Darfurda, həmçinin Şimali və Qərbi Kordafan bölgələrində istehsal edilərək Avropa və ABŞ-a göndərilir.
Sudan Ticarət Palatasının, eyni zamanda Sudan Qum Ərəb Assosiasiyasının üzvü olan Bəşir əl-Kinaninin sözlərinə görə, bu ölkədə müharibə başlayandan bəri "RSF" qruplaşmaları tərəfindən 30 min tondan çox qiymətli inqrediyent talan edilib. Bu isə o deməkdir ki, nadir növ sayılan belə bir saqqız yükü Sudanı tərk edən, yaxud müharibə cinayətlərində əli olan şəxsləri qanunsuz pullarla varlandıra bilər.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Mart 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri