Icma.az
close
up
RU
“CocaCola”nı dünyanın ən tanınmış brendinə çevirən 7 strategiya

“CocaCola”nı dünyanın ən tanınmış brendinə çevirən 7 strategiya

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyaca məşhur "Coca-Cola”nın 1886-cı ildən bu günə qədər olan hekayəsi markanın sadəcə bir içki istehsalçısı olmaqdan çıxaraq qlobal bir ikonaya necə çevrildiyini göstərir. Bu prosesdə tətbiq edilən dizayn, marketinq və iş strategiyaları şirkətin böyüməsini və davamlı uğurunu göstərdi. 

Bəs “Coca-Cola”nın bu uğurunun əsas səbəbi nə idi? Şirkət necə dünyanın ən tanınmış markalarından birinə çevrilə bildi?

Valyuta.az “Coca-Cola”nın uğurunun arxasında duran yeddi əsas strategiyanı təqdim edir. 

1. Orijinal və test edilmiş bir formula ilə başlanğıc

John Pemberton 1886-cı ildə alkolsuz kola formulasını hazırladı. İstehlakçı rəyləri əsasında unikal bir resept yaradıldı. “Coca-Cola”nın orijinal resepti bu gün də ciddi şəkildə qorunur.

2. Loqo dizaynı zamanı fərqli şriftdən istifadə

Loqo mühasiblərin istifadə etdiyi Spencerian şriftində hazırlandı və fərqli olmaq üçün seçildi. 1923-cü ildə standartlaşdırılan loqo, məhsul və qablaşdırma dəyişsə də, həmişə eyni qaldı.

3. Fərqli şüşə dizaynı ilə satış

“Coca-Cola” 1915-ci ildə unikallığını vurğulamaq və digər markalardan seçilmək üçün fərqli bir şüşə dizaynı təqdim etdi. Yarışmada qalib gələn şüşə dizaynı ikonik oldu və bu gün də markanın bir simvolu hesab edilir.

4. Pərakəndə satıcılar üçün yüksək standartlar

Şirkət məhsulun 2 dərəcə temperaturda təqdim olunmasını tələb etdi. Bu cür standartlar “Coca-Cola”nın rəqiblərindən daha keyfiyyətli bir marka kimi tanınmasına kömək etdi.

5. 70 İl boyunca stabil qiymət

ABŞ-da 1886-cı ildən 1959-cu ilə qədər “Coca-Cola”nın bir şüşəsinin qiyməti sadəcə 5 sent idi. Bu strategiya istehlakçı bazasını genişləndirməyə imkan verdi.

6. Kampaniyalar və özünəməxsus brend səsi

“Coca-Cola” istehlakçılar arasında marka bilinirliyini artırmaq üçün genişmiqyaslı kupon kampaniyası həyata keçirdi. Şirkət həmçinin reklamlarında "Coca-Cola” İç- Ləzzətli və Təravətləndirici" şüarından istifadə etdi.

7. Françayzinq modelinin qəbulu

1889-cu ildən etibarən “Coca-Cola” şüşələmə hüquqlarını üçüncü tərəflərə verdi. Bu model sayəsində şirkət müxtəlif bazarlarda böyüməyi və yeni məhsullar istehsal etdirməyi bacardı.

“Coca-Cola”nın bu strateji yanaşmaları onun yalnız məhsul satmaqla kifayətlənməyib, qlobal səviyyədə tanınan və öz dəyərini qoruyan bir marka halına gəlməsini təmin etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:396
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri