Icma.az
close
up
RU
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Bu ilin yaz aylarında Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə sürüşmə və eroziya proseslərinin fəallaşmasına səbəb olub. Xüsusilə dağlıq və dağətəyi rayonlarda torpaq qatının həddindən artıq nəmlənməsi, geoloji dayanıqsızlıq və çay vadilərində eroziyanın güclənməsi nəticəsində müxtəlif miqyaslı sürüşmə hadisələri qeydə alınıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev AZƏRTAC-a açıqlamasında bildirib ki, sürüşmələrdən ən çox zərər çəkən ərazilərdən biri Kiçik Qafqaz regionu olub. Onun sözlərinə görə, Gədəbəy və Daşkəsən rayonlarında sürüşmə prosesləri daha intensiv xarakter daşıyıb. Gədəbəy rayonunun Novoivanovka, Söyüdlü, Slavyanka və Çobankənd istiqamətlərində yerləşən yamaclarda torpaq hərəkətləri müşahidə edilib.

Nəriman Paşayev qeyd edib ki, Talış dağlıq zonasında da sürüşmə aktivliyi yüksək olub. Lerik, Yardımlı və Lənkəran rayonlarında baş verən sürüşmələr bəzi yaşayış məntəqələrində infrastruktura ziyan vurub. Lerik rayonunun Vizəzəmin, Piran, Mondigah və Rvarud kəndləri istiqamətində kənddaxili yolların müəyyən hissələri yararsız vəziyyətə düşüb.

Yardımlı rayonunun Avur və Perimbel kəndləri yaxınlığında isə sürüşmə nəticəsində yamaclarda dərin çatlar yaranıb. Mütəxəssisin sözlərinə görə, bəzi ərazilərdə sel və sürüşmə prosesləri eyni vaxtda müşahidə olunduğundan torpaq kütləsinin həcmi on minlərlə kubmetrə çatıb. Subtropik iqlim və yüksək rütubət Talış bölgəsində sürüşmə riskini daha da artıran əsas amillər sırasında göstərilir.

Quba–Qusar və Şabran–Siyəzən zonalarında da lokal xarakterli sürüşmə hadisələri qeydə alınıb. Xınalıq avtomobil yolu boyunca bəzi yamaclarda daş və torpaq uçqunları baş verib, nəticədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Siyəzən rayonunda gil süxurlarının üstünlük təşkil etdiyi sahələrdə torpaq sürüşməsi kənd təsərrüfatı təyinatlı torpaqlarda deformasiyalara səbəb olub. Şabran rayonunun dağətəyi kəndlərində isə qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərində çatlar əmələ gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri