Icma.az
close
up
RU
Coğrafiya İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd edilib

Coğrafiya İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda görkəmli kimyaçı-alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Təhsil şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Müseyib Yunusov diqqətə çatdırıb ki, tədbir Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir. O bildirib ki, xalqımız görkəmli, dəyərli, elmdə öz sözünü demiş, nailiyyətləri ilə ölkəmizi dünyada tanıdan belə alimləri yad etməli, gələcək nəslə örnək olaraq tanıtmalıdır.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Gəraylı “Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyevin 120 illik elmi irsinə baxış” mövzusunda təqdimatla çıxış edib. Alimin həyat və yaradıcılığı haqqında məlumat verən şura sədri bildirib ki, Azərbaycanda neft kimyasının əsasını qoymuş görkəmli alimin rəhbərliyi ilə ölkədə kimya sənayesinin elmi bazası möhkəmləndirilib, yeni elmi institutlar və laboratoriyalar yaradılıb. O, həmçinin çoxsaylı gənc tədqiqatçıların elmi rəhbəri olub ki, onlardan bir çoxu sonradan tanınmış kimyaçılar kimi yetişib.

N.Gəraylı bildirib ki, Yusif Məmmədəliyevin Azərbaycanın neft yataqları üzərindəki araşdırmaları geokimya və neft coğrafiyası üçün mühüm məlumat bazası yaradıb. Onun kimyəvi tədqiqatları coğrafiya elminin “təbii resursların məkan paylanması və istifadəsi” istiqamətinə birbaşa elmi dayaq olub.

Alimin elmi işləri neftin və qazın daha səmərəli emalını, yüksək məhsuldarlıqla enerji əldə etməyi mümkün etdi. Bu isə sənaye coğrafiyası və resurs coğrafiyası baxımından böyük əhəmiyyət daşıyır. Çünki Yusif Məmmədəliyevin yaratdığı texnologiyalar sayəsində Azərbaycanın sənaye xəritəsində Sumqayıt, Bakı və Qaradağ kimi neft-kimya mərkəzləri formalaşdı. Beləliklə, onun elmi irsi Azərbaycanın iqtisadi-coğrafi məkan strukturunu dəyişdirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri