Coğrafiya İnstitutunda Azərbaycanın toponimik irsi üzrə rəqəmsal baza yaradılır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycan coğrafiya elminin aktual istiqamətlərindən biri olan toponimika sahəsində tədqiqatlar aparılır. Araşdırmalar çərçivəsində ölkənin müxtəlif bölgələrində coğrafi adların mənşəyi, yayılma xüsusiyyətləri və tarixi inkişafı öyrənilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar zamanı oykonimlər (yaşayış məntəqələrinin adları), hidronimlər (su obyektlərinin adları), oronimlər (relyef formalarının adları), mikrotoponimlər və digər coğrafi ad qrupları üzrə geniş məlumat bazası yaradılır.
Tədqiqatların mühüm istiqamətlərindən biri də əldə olunan məlumatların rəqəmsal mühitə inteqrasiyasıdır. Bu məqsədlə sahə materialları sistemləşdirilərək elektron formatda emal olunur, coğrafi informasiya sistemlərinə uyğunlaşdırılır və vahid rəqəmsal toponimik məlumat bazasının formalaşdırılması istiqamətində işlər aparılır. Eyni zamanda, toponimlərin məkan üzrə paylanması təhlil edilir, yayılma arealları müəyyənləşdirilir və gələcək analitik tədqiqatlar üçün zəruri verilənlər bazası hazırlanır.
Mütəxəssislərin sözlərinə görə, həyata keçirilən tədqiqatlar Azərbaycanın tarixi-coğrafi irsinin daha dərindən öyrənilməsinə, milli toponim fondunun zənginləşdirilməsinə və coğrafi adların qorunmasına mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















