Çökmüş yolu düzəldən yoxdur: Sürücülər təhlükə ilə üz üzə qalıb VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalanda yolda yaranan problem sürücülərin və sərnişinlərin həyatına təhlükə yaradır. Avtosfer.az-ın verdiyi məlumata görə, Heydər Əliyev prospektində (Heydər Parkının qarşısında) asfalt qatı çöküb və bu problem indiyədək həll olunmamış qalır. Sözügedən ərazidə yaranan vəziyyət sürücülər üçün gözlənilməz təhlükələr yaradır. Çünki əksər sürücülər yolda olan çökməni vaxtında görmədikləri üçün avtomobilləri ilə bu hissəyə düşərək qəza vəziyyəti ilə üzləşirlər.
Qeydə alınan və mövcud vəziyyəti əks etdirən videodan da görmək olur ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü bu problemdən xəbərsiz olduğu üçün çökmüş hissəyə düşür. Bu isə həm sürücü, həm sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün böyük təhlükə yaradır.
Əldə etdiyimiz məlumata görə, yolda yaranmış bu problem artıq 10 gündən çoxdur mövcuddur. Lakin aidiyyəti qurumlar tərəfindən məsələnin aradan qaldırılması üçün heç bir addım atılmayıb. Bu laqeydlik nəticəsində sürücülər hər gün eyni risklə qarşılaşır, həmçinin avtomobillərin texniki vəziyyətinə də ziyan dəyir.
Təmir işlərinin gecikməsi isə problemin böyüməsinə və daha ciddi nəticələrin ortaya çıxmasına səbəb ola bilər.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















