Icma.az
close
up
RU
Colani ilə artıq razılıq əldə olunub, Türkiyə onu qoruyacaq, çünki... AÇIQLAMA

Colani ilə artıq razılıq əldə olunub, Türkiyə onu qoruyacaq, çünki... AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaara (Colani) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. Bu barədə “Al Arabiyya” telekanalı məlumat yayıb. Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Colani prezidentliyə namizədliyini irəli sürə bilər.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib:

“Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhərdən çıxıblar. Suriya Prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib. Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib. Bu günlərdə Türkiyə xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalın Dəməşqə getmişdi. Ehtimal etmək olar ki, bu səfər çərçivəsində o, müxalifətin nümayəndələri, o cümlədən lider Əhməd əl-Şaara ilə görüşmüşdü. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan da Suriya ilə bağlı müntəzəm müzakirələr aparır. Əlbəttə, bu təmasların əsas məqsədi Türkiyənin Suriyada möhkəmlənməsi, həm də təhdidlərin qarşısının alınmasıdır”.

Siyasi şərhçi qeyd etdi ki, Bəşər Əsəd rejimin devrilməsi ilə rəsmi Ankara əslində rəsmi Moskvanı bölgədən çıxardı:

“İndi əsas məsələ Suriyada möhkəmlənməkdir. Bunun üçün isə şübhəsiz, hakimiyyəti ələ keçirən müxaliflərdən istifadə olunacaq. Bəlkə də Əhməd əl-Şaara ilə razılıq artıq əldə olunub. Hətta mümkündür ki, çevrilişdən əvvəl o, artıq Əsədin xələfi kimi nəzərdə tutulmuşdu. Əgər belə deyildisə belə, danışıqlar intensiv şəkildə gedir. Türkiyə çalışacaq ki, Əhməd əl-Şaara onun şərtlərini qəbul etsin və beləliklə, prezident olsun. Bu, faktiki olaraq Türkiyənin Suriyada möhkəmlənməsi olacaq. Çox güman, müxalifət lideri yaxın gələcəkdə namizədliyini rəsmi şəkildə elan edəcək və gələcəkdə hakimiyyətə gələcək. O vaxta kimi isə Türkiyə Əhməd əl-Şaaranın təhlükəsizliyini təmin etməyə çalışacaq”.

Günay Rəsulqızı
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri