Icma.az
close
up
RU
Colani İŞİD ə qarşı koalisiyaya qoşulur

Colani İŞİD ə qarşı koalisiyaya qoşulur

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Müharibənin viran qoyduğu bir coğrafiyada yenidən diplomatiya masasına əyləşmək təkcə manevr deyil - bir ölkənin taleyini yenidən yazmaq cəhdidir...
Bu gün Suriya məhz belə bir dövrdən keçir. Son zamanlar rəsmi Vaşinqtonla Dəməşq arasında müşahidə edilən intensiv diplomatik təmaslar daha bir ölkənin - Suriyanın koalisiyaya qatılacağını deməyə əsas verir. Əhməd əl-Şaraanın Ağ Evə planlaşdırılan səfəri zamanı məhz elə bu məsələnin masadakı əsas mövzulardan birinə çevriləcəyini deyə bilərik.
Yasəmən şəhərində hökmranlıq edənlərin “İŞİD-ə qarşı Beynəlxalq Koalisiya”ya qoşulması, müharibənin dağıtdığı bir dövləti yenidən beynəlxalq səhnəyə qaytara bilər. Bunun reallaşması isə bir tək Suriyanın xarici siyasətində deyil, həm də Yaxın Şərqin ümumi güc arxitekturasında yeni bir mərhələnin başlanğıcını ifadə edəcək.
Suriya, 2014-cü ildə ABŞ-nin rəhbərliyi ilə yaradılan və bu gün 89 üzvdən ibarət olan koalisiyaya 90-cı üzv kimi qoşula bilər. Qeyd etmək lazımdır ki, bu strukturun tərkibinə 36 Avropa ölkəsi, 11 ərəb dövləti, Türkiyə və Kipr kimi Yaxın Şərq ölkələri, eləcə də müxtəlif Asiya və Afrika dövlətləri daxildir. Bundan əlavə, İnterpol, NATO və Ərəb Liqası da tərəfdaş kimi koalisiyaya dəstək verir. Koalisiyanın əsas məqsədi İŞİD və ona oxşar radikal qruplara qarşı qlobal miqyasda koordinasiyalı şəkildə mübarizə aparmaqdır.
Suriyanın koalisiya qüvvələri arasına daxil olması yeni hökuməti yalnız hərbi əməliyyatlara deyil, eyni zamanda kəşfiyyat, logistika və texniki əməkdaşlıq proseslərinə də inteqrasiya edəcək. Yəni, Suriyanın belə bir addımı hərbi əməkdaşlıqla yanaşı, həm də genişmiqyaslı yenidənqurma prosesinin başlanğıcı kimi qiymətləndirilməlidir.
Nümunə olaraq İraq modelinə nəzər yetirsək, deyə bilərik ki, bu tərəfdaşlıq Suriyaya təhlükəsizlik məsələlərindən iqtisadi inkişafa, infrastrukturun yenidən qurulmasından ictimai idarəetmənin təkminləşdirilməsinə qədər geniş sahələri əhatə edən böyük faydalar gətirə bilər. İraqda koalisiyanın dəstəyi ilə həyata keçirilən proqramlar dövlətin idarəetmə potensialını gücləndirib, təhlükəsizlik sistemini modernləşdirib və iqtisadiyyatı yenidən canlandırıb. Yəni, Suriya da - koalisiyaya qatılacağı təqdirdə - minalar və PHS-lərin təmizlənməsindən tutmuş, yaşayış məntəqələrinin, həmçinin, elektrik, su, təhsil və səhiyyə kimi əsas ictimai xidmətlərin bərpa edilməsinə qədər bir çox sahədə real nəticələr əldə edəcək. Yerli iqtisadiyyatın canlandırılması və məşğulluğun gücləndirilməsi, qaçqınların və məcburi köçkünlərin könüllü şəkildə geri qayıtması üçün zəruri infrastrukturun yaradılması, sərhəd mühafizə qüvvələri və daxili təhlükəsizlik orqanlarının müasir standartlara uyğun şəkildə yenidən hazırlanması bu prosesin əsas tərkib hissələrindən olacaq.
Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən və koalisiyanın “Sürətli Sabitləşdirmə Fondu” (FFIS) vasitəsilə maliyyələşdirilən layihələr İraqda 28 bölgədə 1100-dən çox təşəbbüsə dəstək göstərib. Suriyanın koalisiyaya qoşulması da oxşar şəkildə bu fondlardan yararlanaraq yenidənqurma prosesinə əlavə sürət qazandıra bilər.
Koalisiyaya üzv olmaq Şaraa hökuməti üçün beynəlxalq legitimliyin əldə olunması deməkdir. Uzun illər “terrora dəstək verən dövlət” kimi tanınan Suriya bu addımla beynəlxalq təhlükəsizlik sisteminin bir hissəsinə çevriləcək. Bu, həm BMT, həm də Avropa İttifaqı səviyyəsində tətbiq olunan sanksiyaların yumşaldılması prosesini sürətləndirə bilər. Beləliklə, Qərb dövlətləri və beynəlxalq maliyyə qurumları tərəfindən investisiya kanallarının açılması ölkə iqtisadiyyatının uzunmüddətli təcriddən çıxmasına şərait yarada bilər. Bundan əlavə, koalisiyaya üzvlük Dəməşqin ərəb dünyasındakı reputasiyasını artıraraq Körfəz ölkələri ilə iqtisadi əməkdaşlıqların bərpasına da zəmin yaradacaq.
Koalisiyaya üzvlüyün ən mühüm strateji nəticələrindən biri də Suriya Demokratik Qüvvələrinin (SDQ) sıxışdırılması ilə bağlıdır. İndiyədək yalnız SDQ ilə məhdudlaşan koalisiya tərəfdaşlığı bundan sonra Suriya hökuməti ilə də həyata keçiriləcək. Yəni, bu dəyişiklik SDQ-nin koalisiyada yeganə legitim tərəfdaş statusunu itirməsinə, ölkənin şimal-şərqindəki həbsxanalar və İŞİD düşərgələrinin Dəməşq hökumətinin birbaşa nəzarətinə keçməsinə, bölgədəki neft və təbii qaz yataqlarının - ən azı hüquqi baxımdan - Şaraaya təhvil verilməsinə və hələlik mərkəzi hökumətdən ayrı hərəkət edən ən böyük gücün - Məzlum Abdi rəhbərliyindəki strukturun siyasi və inzibati sistemə inteqrasiya edilməsinə yol aça bilər.
Vaşinqton baxımından Suriyanın koalisiyaya qoşulması, ABŞ hərbçilərinin bölgədəki varlığının hüquqi legitimlik qazanması demək olacaq. Əvvəlki illərdə Rusiya və İran, həmin dövrdə dövlət başçısı olan Bəşər Əsədin rəsmi dəvəti əsasında Suriyada hərbi mövcudluq nümayiş etdirirdi. İndi isə Suriyanın koalisiyaya üzvlüyü ilə bunun tam əksini görəcəyik. ABŞ-nin Suriyadakı varlığı hüquqi əsas qazanacaq. Bu isə Vaşinqtonda zaman-zaman gündəmə gələn “Suriyadan çıxmaq” müzakirələrini zəiflədəcək. ABŞ bu proseslə eyni zamanda diplomatik təsir dairəsini də genişləndirmiş olacaq. Beləliklə, Suriyadakı rolu artıq yalnız hərbi aspektlərlə deyil, siyasi-diplomatik çərçivədə də formalaşacaq.
Suriyanın “İŞİD-ə qarşı Beynəlxalq Koalisiya”ya qoşulması təkcə qısamüddətli təhlükəsizlik addımı deyil, həm də ölkənin beynəlxalq sistemlə yenidən inteqrasiyası baxımından strateji bir qərardır. Bu proses Şaraa hökuməti üçün daxildə sabitliyin güclənməsi, xaricdə isə legitimliyin bərpası deməkdir.
Qarşıdakı dövrdə bu tərəfdaşlığın uğuru həm ABŞ və onun müttəfiqlərinin yanaşmasından, həm də Suriyadakı tərəflərin islahatlara və inteqrasiyaya səmimi yanaşmasından asılı olacaq. Mövcud dinamika isə göstərir ki, 2011-ci ildən sonrakı dövrdə ilk dəfə olaraq Suriya beynəlxalq arenada ümidverici bir diplomatik transformasiya mərhələsinə qədəm qoyur...
Nəsir Ağayev
Qeyd:
Müəllifin fikirləri öz mövqeyini əks etdirir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri