Icma.az
close
up
RU
Con DiPirro: Vaşinqton sammiti çərçivəsində əhəmiyyətli irəliləyişin əldə edildiyini görürük

Con DiPirro: Vaşinqton sammiti çərçivəsində əhəmiyyətli irəliləyişin əldə edildiyini görürük

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Vaşinqton sammiti çərçivəsində əhəmiyyətli irəliləyişin əldə edildiyini görürük. Bu sammit Azərbaycan və Ermənistanın sülh prosesində irəli getmək üçün səmimi siyasi iradəyə malik olduğunu nümayiş etdirib və məhz bu iradə yeni dinamikanın formalaşmasına səbəb olacaq. Ancaq bu tip proseslərdə, xüsusilə sülh müqavilələri müzakirə olunarkən qarşıda həmişə görüləsi işlər qalır. Lakin əsas məsələ odur ki, artıq ciddi siyasi iradə mövcuddur. Hər bir prosesin başlanğıc nöqtəsi məhz budur.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Asiya-Qafqaz İnstitutunun (CACI) Avrasiya üzrə baş elmi işçisi Con DiPirro deyib.

O qeyd edib ki, prosesdə ikinci mühüm amil iqtisadi imkanlardır. Hər iki ölkənin bir-biri ilə əməkdaşlıqdan əldə edə biləcəyi faydalar böyükdür. “Təklif edə biləcəkləri xidmətlər, qarşılıqlı tamamlayıcı sahələr və regionda artan qarşılıqlı iqtisadi maraqlar bu əməkdaşlığı daha real və praktik edir. Nəqliyyat əlaqələri, xüsusilə “Tramp marşrutu”nun yaradılması hər iki tərəf üçün ciddi üstünlüklər vəd edir. Bu səbəbdən mən gələcəyə optimist yanaşıram. Hər zaman olduğu kimi, ehtiyatlı optimizmdən çıxış edirəm, lakin hesab edirəm ki, real imkanlar, siyasi iradə və iqtisadi mənafelər sülh prosesini irəli aparmaq üçün kifayət qədər güclüdür”, - deyə Con DiPirro əlavə edib.

O, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulmasını isə uğurlu addım olaraq qiymətləndirib: “Son illərdə bir sıra sahələrdə əlaqələrin ardıcıl şəkildə dərinləşdiyini müşahidə edirik. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan arasındakı təhlükəsizlik əməkdaşlığı qarşılıqlı mübadilələr baxımından davamlı şəkildə irəliləyib. Eyni zamanda, iqtisadi münasibətlərdə artan dinamika mövcuddur. Həmçinin Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında daha geniş və sistemli şəkildə əməkdaşlıq görülür. Bu, xüsusilə bir neçə gün əvvəl elan edilən və gələcəkdə 5+1 modelindən fərqli olaraq tamhüquqlu “altılıq platforması” yaradılacağı xəbəri fonunda daha real görünür. Bu addım göstərir ki, bütün tərəflər birgə fəaliyyət göstərmək, qarşılıqlı əlaqələri daha da dərinləşdirmək və perspektivli Orta Dəhlizin inkişafını irəli aparmaq üçün ciddi iradə nümayiş etdirirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri