Con Toşakın yaddaşı itib
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Real"ın və Uels millisinin keçmiş baş məşqçisi, bir vaxtlar Azərbaycanda çalışmış Con Toşak ağır xəstəliyə tutulub.
QOL.az xəbər verir ki, bunu onun oğlu Kemeron Toşak "Daily Mail"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, atasına demensiya diaqnozu qoyulub. Demensiya yaddaşın və əqli qabliyyətin azalmasıdır.
"Bu, dəhşətli bir xəstəlikdir. Biz onun təsirlərini qısamüddətli yaddaşında görürük. Onunla ən çox mən danışıram. Nahardan sonra söhbət edəndə səhər danışdığımızı xatırlamaya bilər" - deyə Kemeron Toşak bildirib.
77 yaşlı Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. Uelsli mütəxəssis müxtəlif illərdə "Real"ı çalışdırıb. Toşakın rəhbərliyi altında Madrid klubu 1989/1990 mövsümündə İspaniya çempionluğunu qazanıb.
Baxış sayı:109
Bu xəbər 26 Mart 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















