Conni Depp Karib dənizinin quldurları nın növbəti seriyasında rol ala bilər
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Orijinal trilogiyanın əsas personajları "Karib dənizinin quldurları" filminin yeni seriyasında rol ala bilərlər. Söhbət Cek Sərçə, Uill Törner və Elizabet Svonndan gedir.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Skayler Şuler məlumat yayıb.
İnsayderin sözlərinə görə, Conni Depp, Orlando Blum və Kira Naytli öz məşhur rollarına qayıdacaqlar. Bununla belə, bu personajlar süjetdə əsas olmayacaqlar. Filmdə yeni mərkəzi personajlar çıxış edəcəklər.
Şuler onu da qeyd edib ki, Marqo Robbinin baş rolda çəkildiyi "Karib dənizinin quldurları" filmi üzərində iş dayandırılıb. Çox güman ki, film heç vaxt çəkilməyəcək.
Orlando Blum daha əvvəl franşizanın əsas personajlarının qayıdışından danışmışdı. O, yenidən Uill rolunu oynamağa hazır olduğunu və 20 ildən sonra bütün personajları bir araya gətirməyin gözəl ideya olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 İyul 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















